Goranboy Mətbəxinin Şah Yeməyi – Qızılhacılı Bozartması

Goranboy Metbexinin Sah Yemeyi - Qızılhacılı Bozartması
Yields: 1 Serving

Azərbaycan mətbəxi dünyanın ən qədim, zəngin və dadlı mətbəxlərindən hesab olunur. Milli mətbəximizə daxil olan bütün yeməklərin adları eyni olsa da hər bölgədə fərqli üsullarla bişirilir. Evdar.az Goranboy rayonunun Qızılhacılı qəsəbəsində məclislərin şahı olan bozartmanın reseptini təqdim edir:

Qızılhacılı Bozartmasının tərkibi:

  • 1,5 kq dana əti
  • 3-4 ədəd kartof
  • 100 qr kərə yağı
  • 1 çay qaşığının ucunda tomat pastası
  • duz, istiot. sarıkök
  • su

Qızılhacılı Bozartmasının hazırlanma qaydası:

Əti qazana töküb üzərini keçəcək qədər su və duz töküb qaynamağa qoyun. Qaynamağa başlayana qədər üzərinə yığılan kəfi ayırıb götürün. Kəfi alınaraq pörtlədilən ətin suyunu süzüb kənarda saxlayın. Qazanı yuyub bişmiş ət tikələrini (xırdalanmış sümükləri varsa ayırıb) yenidən qazana yığın. Üzərinə çay qaşığının ucunda tomat pastası, əridilmiş yağ (nehrə yağı)  və kənarda saxladığınız süzülmüş ət suyunu yarısını əlavə edib yenidən ocağa qoyun. Ətin suyu buxarlanıb yemək yağa düşdükdə əti qarışdıraraq qovurun. Qovrulan ətlərin üzərinə qabığı soyulub doğranmış kartofu da əlavə edin. Ancaq əti kartofla qarışdırmayın. Üzərinə qalan ət suyunu da əlavə edib su buxarlanana qədər bişirin. Yeməyin suyu buxarlanıb yağa düşdükdə bozartma hazırdır. Bu yemək adətən məclislər üçün həyətdə ocaqda bişirilir.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir