Gül Kələmli Həftəbecər Turşusu

Yields: 1 Serving

Cəmiyyət olaraq hər yeməkdə turşu yeyən və çox sevən insanlarıq. Yay-qış bütün fəsillərdə çox istehlak edilən turşular bol çeşidləri ilə iştahaaçan xüsusiyyətə malikdir.

Sağlamlığa faydalı olan turşuları həddindən artıq istehlak etmədən, ölçü qaçırmamaq şərti ilə yemək faydalıdır. Demək olar ki, evdar xanımların hazırladığı turşular arasında yer alan gül kələm turşularını dadına doymaq olmur. Evdar.az gül kələmli həftəbecər turşusunun reseptini təqdim edir.

Gül Kələmli Həftəbecər Turşusunun tərkibi:

  • 5 kq gül kələmi
  • 4-5 kq ağ kələm
  • 3-4 kq göy pomidor
  • 1 kq acı qırmızı və ya yaşıl bibər
  • 1 kq yerkökü
  • 3 kq tikanlı xiyar (barmaq ölçüsündə)
  • 2 kq lobya
  • 1 kq yerkökü
  • qırmızı, yaşıl bolqar bibəri
  • kərəviz sapı
  • 2-3 kq yer alması
  • dənə qara istiot, qırmızı istiot, xardal toxumu
  • 6-9 %-lik üzüm sirkəsi

Gül Kələmli Həftəbecər Turşusunun hazırlanma qaydası:

İlk öncə tərəvəzləri təmizləyib yuyun. Xiyardan başqa bütün tərəvəzləri iri formada doğrayıb dərin və geniş bir qaba tökün. Ərzaqların üzərinə duz, istiot və bir az da şəkər tozu səpib qarşdırıb kənarda saxlayın. Tam öz suyunu buraxana qədər 7-8 saat saxlayın. Saatın tamamında öz suyuyla birgə balonlara bölüşdürüb üzərinə sirkə əlavə edib.  Hər 3 kq-lıq balon üçün 4-5 xörək qaşığı duzu suda həll edin. Duzlu su ilə doldurub 3 gün isti mətbəxdə saxlayın ki, yaranan qaz çıxsın. Arabir qapağını açıb yoxlayın. Daha sonra turşunu çox soyuq yerə qoyub 20 gün gözlədin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir