Günə Proteinlə Başlamaq Üçün Yulaflı Yaşıl Omlet

Yields: 1 Serving

Həm maddələr mübadiləsini sürətləndirən, həm arıqladan, həm də çox dadlı omlet hazırlaya bilərsiniz. Bu omlet sizə günə sürətli işləyən maddələr mübadiləsi ilə başlamağa və praktiki olaraq ehtiyacınız olan bütün qida maddələrini tək səfərdə qarşılamağa şərait yaradır. Evdar.az sağlam şəkildə arıqlamağa kömək edəcək yulaflı yaşıl omletin reseptini təqdim edir.

Tərkibi:

  • 1 ədəd bütöv yumurta
  • 1 ədəd yumurta ağı
  • 2 xörək qaşığı kəsmik
  • 2 xörək qaşığı yulaf əzməsi
  • şüyüd və ya cəfəri
  • zövqə görə acı bibər tozu  və duz

Hazırlanma qaydası:

Bir qabda 1 ədəd yumurta, əlavə olaraq 1 yumurtanın ağını tel çırpıcıyla çırpın. Üzərinə 2 xörək qaşığı kəsmik, 2 xörək qaşığı yulaf əzməsi əlavə edib qarışdırın. Daha sonra üzərinə doğranmış şüyüd və ya cəfəri, zövqə görə acı bibər tozu, duz və istədiyiniz ədviyyatları əlavə edib qarışdırın. Hazırladığınız kütləni yağsız tavaya töküb bişirin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.