Almalı yulaf sıyığı həm dadlı, həm də faydalı səhər yeməyidir. Yulaf əzməsi orqanizmimiz üçün ən faydalı qidalardan biridir. Tərkibində zülallar, vitaminlər və minerallar da daxil olmaqla bir çox qida maddəsi var. Bundan əlavə, yulaf əzməsi həzmi yaxşılaşdırmağa və qanda xolesterinin səviyyəsini aşağı salmağa kömək edən çoxlu həll olunan lif ehtiva edir. Evdar.az gün boyu enerji verən doyurucu və dadlı səhər yeməyinin reseptini təqdim edir.
Almalı Yulaf Sıyığının tərkibi:
- 1 stəkan yulaf əzməsi
- 2 stəkan süd və ya su
- 1 ədəd alma
- 1/2 çay qaşığı darçın tozu
- zövqə görə bal və ya şəkər tozu
- qoz ləpəsi
Almalı Yulaf Sıyığının hazırlanma qaydası:
İlk olaraq qazana süd və ya suyu əlavə edib qaynamağa qoyun. Üzərinə yulaf əzməsini əlavə edib zəif odda qaynamağa qoyun. Arabir qarışdıraraq təqribən 5-10 dəqiqə bişirin. Sıyığın bişməyinə bir neçə dəqiqə qalmış üzərinə kiçik kub formasında doğranmış alma əlavə edin. Zövqə görə darçın tozu, doğranmış qoz ləpəsi səpib bal və ya şəkər tozuyla birlikdə süfrəyə verə bilərsiniz.
Nuş Olsun!