Gün Boyu Tox Tutacaq Yaşıl Detoks Şorbası

Yields: 1 Serving

Faydaları saymaqla bitməyən ispanaq, brokoli, kabakdan dadlı və faydalı şorba hazırlayın. Yaşıl tərəvəzlərlə hazırlanan bu şorbanın eyni zamanda bənzərsiz bir detoks təsiri var. Evdar.az bütün günü tox tutacaq yaşıl detoks şorbanın reseptini təqdim edir.

Tərkibi:

  • 1 dəstə ispanaq
  • 1/4 ədəd kartof
  • 1/3 ədəd kabak
  • 1/2 ədəd brokoli
  • 1 ədəd orta ölçülü yerkökü
  • 1 ədəd qırmızı soğan
  • 1 diş sarımsaq
  • 1 çay qaşığı kimyon (cirə), istiot, dəniz duzu

Hazırlanma qaydası:

Brokolini çiçərklərindən ayırın. Yerkökünün və kartofun qabığını soyun. İspanağı və brokolini yaxşıca yuyub süzün.Sarımsaqları rəndələyin, soğan və ispanaqları doğrayın. Bir qazana brokolini, doğranmış yerkökü, kartof, kabak, qırmızı soğan və sarımsağı tökün. Üzərinə isti su əlavə edib ocağa bişməyə qoyun. Tərəvəzlər yumşaldıqda ədviyyatları və duzu əlavə edin. Təxminən 10 dəqiqə sonra blenderdən keçirdikdən sonra hazır şorbanı süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir