Gürcü Mətbəxinin İnanılmaz Dadlı Yeməyi “Kuçmaçi”

Gurcu Metbexinin İnanılmaz Dadlı Yemeyi Kucmaci
Yields: 1 Serving

Kuçmaçi- ənənəvi gürcü yeməyidir. Bu ləziz yemək toyuq, ördək və ya mal içalatından hazırlanır. Evdar.az  Kuçmaçi yeməyinin reseptini təqdim edir.

Gürcü Mətbəxinin İnanılmaz Dadlı Yeməyi “Kuçmaçi”nin tərkibi:

  • 470 qr mal ürəyi
  • 600 qr mal ağciyəri
  • 500 qr mal qaraciyəri
  • 1 kq mal qarını
  • 450 qr soğan
  • 150 ml bitki yağı
  • 20 qr duz
  • 5 qr qırmızı bibər tozu
  • 50 qr tomat pastası
  • 10 qr üyüdülmüş keşniş toxumu
  • 5 qr uçxo-suneli
  • 100 qr keşniş
  • 50 qr sarımsaq
  • 10 qr kəklikotu
  • 7 ml uksus
  • nar dənələri zövqə görə

Gürcü Mətbəxinin İnanılmaz Dadlı Yeməyi “Kuçmaçi”nin hazırlanma qaydası:

İlk öncə ürəyi, ağciyəri, qara ciyəri və qarını 1, 5 saat axar suyun altına qoyun. Qanlı laxtaları, ciyərin üzərindəki pərdələri və qarını damarlarını təmizləyin. Daha sonra içalatları ayrı-ayrı su dolu qazanlarda qaynamağa qoyun. İlk suyunu boşaldıb ikinci dəfə su ilə doldurub bişməyə qoyun. Ürək və ciyər orta odda 1-2 saat ərzində, qarın isə 2-2,5 saata bişir. Bişib soyuyan içalatları soyudun. Daha sonra kiçik kub formasında doğrayın.  Soğanı da xırda doğrayın. Doğranmış soğanı tavada yağda yüngül qovurun. Qovrulan soğana tomat pastası əlavə edib qarışdırın. Başqa bir qazanda doğranmış içalatları töküb qızdırın (əks halda soyuq içalatla isti soğanla birləşdikdə turş olacaq!). Qızdırılan içalatların üzərinə qovrulmuş tomatlı soğanı əlavə edib qarışdırın. Üzərinə kəklikotu, üyüdülmüş keşniş toxumu, bibər tozu, uksus, uçxo-suneli, duz, xırda doğranmış soğan və keşniş əlavə edib qarışdırın. Bu ləziz yeməyi üzərinə xırda doğranmış keşniş və nar dənələri səpib süfrəyə verə bilərsiniz.

Nuş OLsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir