Həkimlərin Tövsiyyə Etdiyi Nar Şərbəti

Yields: 1 Serving

Payız fəslinin ən sevilən meyvələrindən nardan həzmi asanlaşdıran şərbət hazırlaya bilərsiniz. Həkimlər nar şərbətini sinə ağrıları, öskürək və boğazı yumşaltmaq üçün tövsiyyə edir. Evdar.az hazırlanması olduqca asan olan ləzzətli və faydalı nar şərbətinin reseptini təqdim edir.

Həkimlərin Tövsiyyə Etdiyi Nar Şərbətinin tərkibi:

  • 3 kq nar
  • 2 kq şəkər tozu
  • 1 litr nar suyu
  • 2 ədəd limon
  • 3 ədəd çubuq darçın
  • 2,5 litr su

Həkimlərin Tövsiyyə Etdiyi Nar Şərbətinin hazırlanma qaydası:

İlk öncə narları qabıqlarından təmizləyərək dənələyin. Böyük bir qazanın içərisinə nar dənələrini, şəkər tozunu və darçını tökün. Üzərinə suyu da əlavə edib zəif ocaqda şəkər tozu əriyənədək qaynadın. Qaynayan qarışığa 2 ədəd limonun suyunu əlavə edib şərbəti ocaqdan götürün. Soyuyan şərbətə nar suyu əlavə edib süzün. Nar şərbətini soyuducuya yerləşdirib soyuq halda(və ya otaq temperaturunda)  süfrəyə verə bilərsiniz.

Qeyd: Şərbət sözü içmək mənasını verən ərəbcə “Şariba” sözüdür. Şərbət, şərab və sirop, ərəbcə eyni mənşədən gələn sözlərdir. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir