Hər Qaşıqda Ətri və Dadı ilə Ovsunlayan Qarğıdalı Şorbası

Yields: 1 Serving

Nahar süfrələri üçün dadlı və doyurucu şorba hazırlamaq istəyirsiniz? Elə isə hər qaşıqda ətri və dadı ilə ovsunlayan qarğıdalı şorbasını bişirin. Bol B vitamini və C vitamini ehtiva edən qarğıdalı ilə hazırlanan bu şorba həm də tam bir kalsium anbarıdır. Sümük və dişlərin inkişafında əhəmiyyətli rolu olan, bol kalsium ehtiva etdiyi üçün uşaqlarınızın menyusuna bu dadlı şorbanı mütləq əlavə edin. Evdar.az dadlı və doyurucu qarğıdalı şorbasının reseptini təqdim edir.

Hər Qaşıqda Ətri və Dadı ilə Ovsunlayan Qarğıdalı Şorbasının tərkibi:

  • 3 stəkan bişmiş qarğıdalı dənəsi
  • 2 xörək qaşığı kərə yağı
  • 1 ədəd soğan
  • 2 xörək qaşığı un
  • 2 stəkan isti ət suyu (bulyon)
  • 3 stəkan süd

Üzəri üçün:

  • cəfəri

Hər Qaşıqda Ətri və Dadı ilə Ovsunlayan Qarğıdalı Şorbasının hazırlanma qaydası:

İlk öncə 1 stəkan bişmiş və ya konservləşdirilmiş qarğıdalı dənəsini blenderlə püre halına gətirib kənara qoyun.  Kiçik bir qazanda kərə yağını əridin. Qabığı soyulmuş soğanı kiçik kub formasında doğrayın. Doğranmış soğanı qazana əlavə edib 2 dəqiqə qovurun. Qovrulmuş soğana unu da əlavə edib 2 dəqiqə qovurun.  Üzərinə qarğıdalı püresini də əlavə edib qarışdırın. Ət suyunu da az-az qazana əlavə edin. Südü də qazana töküb qazanın qapağını örtün və zəif odda 5 dəqiqə bişirin. Qalan qarğıdalı dənələrini də şorbaya əlavə edin və 5 dəqiqə bişirin. Hazır şorbanın üzərinə doğranmış cəfəri səpib isti halda süfrəyə verin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir