Həm Ləzzətli, Həm də Faydalı Narlı Salat

Yields: 1 Serving

Nar ləzzətindən əlavə lif, zülal, C vitamini, K vitamini, folat və kaliumla zəngin bir meyvədir. Antioksidant tərkibi yüksək olan bu meyvənin sağlamlığımıza təsirləri olduqca çoxdur. Bu faydalı nardan salat hazırlaya bilərsiniz. Evdar.az narlı salat reseptini təqdim edir.

Tərkibi:

  • 3-4 yarpaq kahı
  • 1 dəstə rukola və ya roka
  • 3-4 budaq təzə nanə
  • 3-4 ədəd yaşıl soğan
  • dənələnmiş yarım nar
  • 7-8 ədəd qoz ləpəsi
  • 2 xörək qaşığı nar siropu
  • 1 xörək qaşığı limon suyu
  • yarım stəkan zeytun yağı
  • duz, sitiot

Hazırlanma qaydası:

Rukola, kahı yarpağı və nanəni bol suda yuduqdan sonra iri halda doğrayıb salat qabına tökün. Yaşıl soğanı da doğrayıb əlavə edin. Üzərinə nar dənələrini və qoz ləpəsini səpin.

Sousunu hazırlamaq üçün bir qaba zeytun yağı, nar siropu, limon suyu, duz və istiotu töküb yaxşıca çırpın. Salatın üzərinə sousu bərabər miqdarda töküb süfrəyə verin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.