İdeal “3 Stəkan” Blinçiki

Yields: 1 Serving

Eyni miqdarda məhsullar istifadə edildiyi üçün resepti xatırlamaq çox asandır. İdeal blinçik məxmər kimi yumşaq və nazikdir. Evdar.az 3 stəkan blinçikin reseptini təqdim edir.

3 Stəkan Blinçikin tərkibi:

  • 1 stəkan süd
  • 1 stəkan qaynar su
  • 1 stəkan un
  • 2 ədəd yumurta
  • 2 xörək qaşığı şəkər tozu
  • 2 xörək qaşığı bitki yağı
  • 1/2 çay qaşığı çay sodası
  • duz və vanil zövqə görə

3 Stəkan Blinçikin hazırlanma qaydası:

İlk öncə bir qaba yumurta, şəkər tozu, duz və vanil töküb tel çırpıcıyla yaxşıca qarışdırın. Üzərinə 1 stəkan (stəkan ölçüsü 250-300 ml) süd töküb qarışdırın. Tədricən 1 stəkan unu da əlavə edib topaq qalmayacaq şəkildə qarışdırmağa davam edin. Bir stəkan qaynar suyun içərisinə soda töküb qarışdırın və xəmirə əlavə edin. Bitki yağını da əlavə edib yaxşıca qarışdırın. Hazır blinçik xəmirini qızdırılmış tavaya qaşıqla töküb bişirin. Bu qaydayla xəmir bitənə qədər blinçiklər hazırlayın. İdeal blinçikləri zövqə görə cem, bal, mürəbbə və ya içliklirlə doldurub süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir