Category: Ət Yeməkləri
Cuisine: Azərbaycan Mətbəxi
Yields:
1 Serving
Difficulty: Medium
Koroğlu Azərbaycan xalqının ən sevimli dastan qəhrəmanlarından biridir. Evdar.az xalqımızın igidliyi, mübarizliyi, vətənpərvərliyinin simvoluna çevrilən Koroğlunun adı verilmiş kababın hazırlanma qaydasını təqdim edir.
İgidliyin Rəmzi Koroğlu Kababı
Kababının tərkibi:
- can əti
- quyruq
- xırdalanmış qoz
- zirinc
- duz
- istiot
Kababın hazırlanma qaydası:
İlk öncə can ətini nazik tikəyə ayırın. Üzərinə streç salafan keçirib mətbəx çəkici ilə döyəcləyin. Kənarda quyruğu da döyəcləyib ətin üzərini örtəcək qədər düzün. Duz və istiot vurun. Üzərinə xırdalanmış qoz səpin və zirinc əlavə edib rulet şəklində bükün. Streç salafana bükülmüş ət ruletini 3– 4 saatlıq soyuducuya yerləşdirin. Soyuducudan götürdüyünüz ət ruletini dilimləyin və kabab şişlərinə keçirin. Kababı manqalda közərmiş kömür üzərində bişirin.
Nuş Olsun!

