İnanılmaz Dərəcədə Ləzzətli Şokoladlı Mulatka Tortu

Yields: 1 Serving

Zərif və hazırlanması asan olan şokoladlı Mulatka tortu. Evdar.az ilk dilimindən zövq alacağınız dadlı tortun reseptini təqdim edir.

Tərkibi:

Biskviti üçün:

  • 130 qr (1 stəkan) un
  • 65 qr (0,5 stəkan) kakao
  • 2 çay qaşığı qabartma tozu
  • 1 paket vanil
  • 6 ədəd yumurta
  • 160 qr (8 xörək qaşığı) şəkər tozu
  • 1,5 xörək qaşığı bitki yağı
  • 1 çimdik duz

Kremi üçün:

  • 1 banka bişmiş qatılaşdırılmış süd
  • 300 qr kərə yağı
  • 2 xörək qaşığı kakao

Hazırlanma qaydası:

Biskviti hazırlamaq üçün bir qabda un, kakao, vanil və qabartma tozunu ələyib qarışdırın. Başqa bir qabda yumurta ağlarını şəkər tozuyla mikserlə çırpın. Üzərinə yumurta sarılarını da bir-bir əlavə edib çırpmağa davam edin. Bitki yağını da əlavə edib çırpın. Quru qarışığı hissə-hissə əlavə edib yaxıca qarışdırın. Diametri 24 sm olan formaya yağlı kağız sərin və xəmiri töküb yayın. Əvvəlcədən 180 dərəcə qızdırılmı sobada tam bişənə qədər bişirin. Biskviti dəmir torun üzərinə qoyub soyudun. Soyuyan biskiti 3 hissəyə bölün. Biskvitin qabarmış üst hissəsini kəsin xırdalayın.
Kremi hazırlamaq üçün otaq temperaturunda yumşaldılmış kərə yağını mikserlə ağaranadək çırpın. Üzərinə bişmiş qatılaşdırılmış südü də hissə-hissə əlavə edib çırpmağa davam edin. Kakaonu da əlavə edib 1 dəqiqə çırpın.
Birinci biskviti şirəylə isladıb krem yaxın. Qalan biskvitləri də bu qaydayla isladıb kremləyin. Tortun üzərinə və kənarlarına krem yaxıb ovuntuyla bəzəyin. Və ya şokoladlı kremlə, qlazurla bəzəyə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.