İnanılmaz Dərəcədə Zərif Bananlı Çizkeyk

Yields: 1 Serving

Zərif bananlı çizkeykin ləzzəti və ətri sizi ilk dadımdan valeh edəcək. Evdar.az inanılmaz dərəcədə zərif bananlı çizkeykin reseptini təqdim edir.

Tərkibi:

  • 500 qr yağsız kəsmik
  • 5-6 ədəd banan (dəymiş)
  • 2 xörək qaşığı un
  • 1 ədəd yumurta

Hazırlanma qaydası:

İlk öncə blenderdə kəsmiyi çırpın və ya tel süzgəcdən keçirin. Bananı da blenderlə və ya çəngəllə əzin. Kəsmikli bananlı kütləyə yumurta və un əlavə edib xəmir əldə edin. Aroması üçün bir az vanil əlavə edə bilərsiniz. Soba sinisini kərə yağı ilə yağlayıb unlayın. Hazırladığınız xəmiri formaya töküb əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir