İnanılmaz Dadlı Moruqlu Çizkeyk

Yields: 1 Serving

Bütün qonaqları heyrətləndirəcək inanılmaz dadlı bir desert. Evdar.az moruqlu çizkeykin reseptini təqdim edir.

Tərkibi:

  • 1 paket kəpəkli biskvit
  • 2 xörək qaşığı əridilmiş kərə yağı
  • 1 paket (200 qr) krem pendir
  • 1 stəkan şəkər tozu
  • 1 stəkan qatıq
  • 2 ədəd yumurta
  • 2 xörək qaşığı un
  • 1 ədəd limon qabığı rəndəsi
  • 1 çay qaşığı vanil

Sousu üçün:

  • 2 xörək qaşığı əridilmiş kərə yağı
  • 1 stəkan şəkər tozu
  • 1 ədəd yumurta
  • 1 çay qaşığı limon qabığı rəndəsi
  • 5 xörək qaşığı püre halına gətirilmiş moruq

Hazırlanma qaydası:

İlk öncə biskviti mətbəx robotundan çəkib un halına gətirin. Bir qabda un halına salınmış biskvitin üzərinə əridilmiş kərə yağı əlavə edib qarışdırın. Biskvit xəmirini yaxşıca sıxaraq orta ölçülü keks qəlibinin döşməsinə döşəyin. Daha sonra 30 dəqiqəlik soyuducuya yerləşdirin. Pendir və qatığı dərin bir qaba töküb mikserlə çırpın. Şəkər tozunu da əlavə edib püre halı əldə edənə qədər çırpmağa davam edin. Yumurtaları da əlavə edib yavaşca çırpın. Un, vanil və limon qabığı rəndəsini əlavə edib qarışdırın. Biskvit xəmirini soyuducudan çıxarıb üzərinə pendirli kütləni töküb yayın. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin. Bişən çizkyeki soyutmaq üçün soyuducuya yerləşdirin.
Sousunu hazırlamaq üçün kiçik bir qazana yumurta, şəkər tozu, limon qabığı rəndəsi, əridilmiş kərə yağı və moruq püresi töküb qarışdırın. İçi su dolu bir qabın içinə yerləşdirib, su hamamında qarışdıraraq bişirin. Sousu soyuması üçün kənara qoyun. Süfrəyə verdikdə çizkeykin üzərinə sousunu töküb moruq dənələri ilə bəzəyin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.