İnanılmaz Dadlı Və Havalı Yapon Pancake

Yields: 1 Serving

Yapon pancake-ləri inanılmaz dadı və havalı olması ilə dünyanın sevgisini qazanmış bir desertdir. Bu pancakelərin özəlliyi xəmirə çırpılmış yumurta ağının əlavə edilməsidir, bunun sayəsində onlar sufle kimi havalı və yumşaq olurlar. Evdar.az yapon pankeykin reseptini təqdim edir.

İnanılmaz Dadlı Və Havalı Yapon Pancake-in tərkibi:

  • 2 ədəd yumurta sarısı
  • 2 ədəd yumurta ağı
  • 100 ml süd
  • 2 çay qaşığı bal
  • 50 qr un
  • 30 qr şəkər tozu
  • 2 çay qaşığı limon suyu

İnanılmaz Dadlı Və Havalı Yapon Pancake-in hazırlanma qaydası:

Bir qabda yumurta sarısı, süd və balı tel çırpıcıyla və ya mikserlə yaxşıca qarışdırın. Ələnmiş unu əlavə edin və un tamamilə həll olunana qədər qarışdırın. Ayrı bir qabda yumurta ağını şəkər tozu və limon suyu ilə köpüklənənə qədər mikserlə çırpın. Çırpılmış yumurta ağlarını tədricən yumurta sarısı kütləsinə əlavə edib spatula ilə yumşaq bir şəkildə qarışdırın. Xəmiri yağlanmış dairəvi kiçik qəliblərə bölüşdürün. Əvvəlcədən  180 dərəcə qızdırılmış sobada 10-15 dəqiqə bişirin. Blinçiklərə şəkər  kirşanı səpib ilıq halda süfrəyə verin.

Nuş olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir