İştahaaçan Görünüşlü və Zərif Dadlı Tiramisu Keksi

Yields: 1 Serving

Tək dadına görə deyil, həm də görünüşünə görə tiramisunu daha çox xatırladan bu keksi hazırlayıb sevdiklərinizlə bölüşə bilərsiniz. Evdar.az zərif dadlı tiramisu keksinin reseptini təqdim edir.

İştahaaçan Görünüşlü və Zərif Dadlı Tiramisu Keksinin tərkibi:

  • 2 ədəd yumurta
  • 1 stəkan süd
  • 1 stəkan şəkər tozu
  • yarım stəkan duru yağ
  • 1 stəkan un
  • 2 xörək qaşığı kakao
  • 1 paket vanil
  • 1 paket qabartma tozu

Kremi üçün:

  • 2 stəkan süd
  • 1 dolu xörək qaşığı un
  • 1 xörək qaşığı qarğıdalı nişastası
  • 3 xörək qaşığı şəkər tozu
  • 200 qr mascarpone pendiri
  • 1 paket vanil

Keksi islatmaq üçün:

  • 1 paket nescafe və ya 1 dolu çay qaşığı iri dənəli qəhvə
  • 1 stəkan qaynar su

İştahaaçan Görünüşlü və Zərif Dadlı Tiramisu Keksinin hazırlanma qaydası:

Keksi hazırlamaq üçün bir qabda yumurta və şəkər tozunu mikserlə yaxşıca çırpın. Üzərinə süd və duru yağ əlavə edib çırpmağa davam edin. Un, kakao, vanil və qabartma tozunu ələyib kütləyə əlavə edin. Mikserin aşağı sürətiylə çırpdıqdan sonra yağlanmış, un səpilmiş 26 sm-lik keks (tart) qəlibinə töküb yayın. Əvvəlcədən 170 dərəcə qızdırılmış sobada 25 dəqiqə bişirin.

Kremi hazırlamaq üçün kiçik bir qazanda un, nişasta, şəkər tozu və süd əlavə edib tel çırpıcıyla qarışdırın. Qazanı ocağa qoyub orta odda qarışdıraraq bişirin. Qaynayan kütləyə vanil əlavə edib ocaqdan götürün. Otaq temepraturunda soyudun (arabir qarışdırın ki, üzəri qaysaq bağlamasın.) Soyuyan kremi 1 saatlıq soyuducuya yerləşdirin. Saatın tamamında soyuducudan çıxarıb mascarpone pendirini əlavə edib mikserlə 5 dəqiqə çırpın.

Bişib soyuyan keksi dəmlənmiş qəhvəylə isladın. Kremi krem torbasıyla sıxaraq və ya qaşıqla keksin üzərinə yayın. Üzərinə kakao səpib ən az 5-6 saatlıq soyuduca saxlayın. Və ya gecədən hazırlayıb səhər süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir