İsti Tərəvəz Salatı

Yields: 1 Serving

Toyuq və tərəvəz ilə isti bir salat əsas yeməyi əvəz edə bilər. Salatın isti adlandırılmasına baxmayaraq soyuduqda da dadlı olur. Evdar.az asan hazırlanan isti salatın reseptini təqdim edir.

İsti Tərəvəz Salatının tərkibi:

  • 250 qr toyuq filesi
  • 2 diş sarımsaq
  • 150 qr brokoli
  • 150 qr təzə şampinyon göbələyi
  • 180 qr çerri pomidor
  • 150 qr balqabaq
  • zövqə görə duz
  • bitki yağı qızartmaq üçün

İsti Tərəvəz Salatının hazırlanma qaydası:

Toyuq filesini təxminən 2,5 sm kub formasında doğrayın. Sarımsağı da xırda doğrayın. Brokkolini çiçəklərə ayırın. Balqabağı 2-3 santimetrlik hissələrə kəsin. Göbələkləri dilimləyin. Pomidorları yarıya bölün. Tavanı ocağa qoyub, bitki yağı töküb qızdırın. Toyuq və sarımsağı qızıl qəhvəyi rəng olana qədər qızardın. Göbələkləri əlavə edin və qızıl qəhvəyi olana qədər qızardın. Balqabaq, brokoli, pomidor və duz əlavə edib 7-10 dəqiqə bişirin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir