Gavurdağ salatı Qaziantep bölgəsinə aid salatdır. Ən xarakterik xüsusiyyəti inqrediyentlərin çox kiçik şəkildə doğranmasıdır. Bu salat tərkibindəki qoz və özünəməxsus sousu ilə bir başqa ləzzətlidir. Ət xörəkləri ilə yanaşı, kababla süfrəyə verilən Türk mətbəxinin çox dadlı Gavurdağı salatını hazırlaya bilərsiniz. Evdar.az Gavurdağı salatının reseptini təqdim edir.
Gavurdağı Salatının tərkibi:
-
4 ədəd böyük ölçülü pomidor
-
1 ədəd qırmızı soğan
-
2 ədəd yaşıl şirin bibər
- 2 ədəd xiyar
- 100 qr qoz ləpsəi
- 1/2 budaq cəfəri
- 6 xörək qaşığı zeytun yağı
- 4 xörək qaşığı nar siropu və ya şərabı
- 1 çay qaşığı sumaq
- 1 çay qaşığı duz
Gavurdağı Salatının hazırlanma qaydası:
Bu salatın ən vacib xüsusiyyəti bütün inqrediyentlərin çox xırda doğranmasıdır. İlk öncə tərəvəzləri yaxşıca yuyun. Yetişmiş və sulu pomidorları kiçik kub formasında doğrayın. Bol suda yuduğunuz xiyarları nərd zərlərı böyüklüyündə doğrayın. Soğanı pomidor və digər maddələrə uyğunlaşdırmaq üçün kiçik-kiçik doğrayın. Bibərlərin tumlarını təmizləyib kiçik kub formasında doğrayın. Cəfərini də xırda doğrayın. Dərin bir qabda doğradığınız bütün inqrediyentləri qarışdırın. Salatın sousunu hazırlamaq üçün kiçik bir qabda zeytun yağı, sumaq, nar siropu və ya şərabı və duzu qarışdrıb salata əlavə edin. Sousu ilə birləşdirdiyiniz salatı dərin bir boşqaba tökün. Üzərini xırda doğranmış qozla bəzəyib sulanmasın deyə gözləmədən süfrəyə verin. Sulanan salatın şirəsinə çörəyinizi batıraraq da yeyə bilərsiniz. Hazırladığınız salatı kahı yarpaqlarında süfrəyə verə bilərsiniz. İstifadə etdiyiniz zeytun yağı və nar siropunu zövqünüzə görə artırıb azalda bilərsiniz.
Nuş Olsun!