Kafelərdəki Kimi Dadlı “Snikers” Kokteyli

Yields: 1 Serving

Kafe və restoranlarda içdiyiniz kokteylləri ev şəratində asanlıqla hazırlaya bilərsiniz. Bütün sirr tərkibdə və miqdarındadır. Evdar.az kafelərdəki kimi dadlı snikers kokteylinin reseptini təqdim edir.

Kafelərdəki Kimi Dadlı “Snikers” Kokteylinin tərkibi:

  • 120 ml süd
  • 3 ədəd snikers konfeti
  • 1 xörək qaşığı fıstıq pastası
  • 1 xörək qaşığı şokolad pastası
  • 70 qr plombir dondurması
  • 40 ml karamelli sirop
  • 50 qr çırpılmış qaymaq

Kafelərdəki Kimi Dadlı “Snikers” Kokteylinin hazırlanma qaydası:

İlk öncə südü çırpma qabına tökün. İki mini Snickersləri əlavə edin, birini üzərini bəzəmək üçün saxlayın. Şokolad pastasını, fıstıq pastasını və dondurmanı da əlavə edin. Daha sonra karamelli siropu da əlavə edib blenderlə yaxşıca çırpın. Hazır kokteyli stəkan və ya bakallara tökün. Üzərini çırpılmış qaymaqla və snickers konfet dilimləri ilə bəzəyin. Zövqə görə ərinmiş şokolad və ya karamel də tökə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir