Kalsiumla Zəngin Qatıq Şorbası

Yields: 1 Serving

Qatıq şorbasının tərkibində kalsium var, çünki o, qatıqla hazırlanır. Bu sayədə xüsusilə qış aylarında həm kalsium baxımından, həm də dadına görə süfrələrdən əskik olmayacaq bir şorbadır. Evdar.az qatıq şorbasının reseptini təqdim edir.

Tərkibi:

  • 3 stəkan isti su
  • 1/2 stəkan yumru düyü
  • 2 stəkan qatıq
  • 1 ədəd yumurta
  • 1 dolu xörək qaşığı un
  • 2 stəkan soyuq su
  • 1/2 stəkan bişmiş noxud
  • 2 xörək qaşığı kərə yağı
  • 1 xörək qaşığı nanə qurusu
  • duz, istiot

Hazırlanma qaydası:

İlk öncə yumru düyünü yuyun.Daha sonra qazana isti su töküb yuyulmuş düyünü də əlavə edin. Düyü bişənə qədər qaynadın. Bir qabda qatıq, yumurta və unu tel çırpıcıyla yaxşıca qarışdırın. Bişən düyüyə 2 stəkan soyuq su əlavə edib qarışdırın. İlıq düyülü sudan qatığa əlavə edib qarışdırın. Daha sonra qatıqlı qarışığı düyülü suya əlavə edib dayanmadan qarışdırın. Qazanı ocağa qoyub 5-10 dəqiqə qaynadın. Qaynayan şorbaya bişmiş noxud da əlavə edin. Başqa bir tavada kərə yağını əridin. Üzərinə nanə qurusu əlavə edib qovurun. Qaynayan şorbaya nanəli yağı da əlavə edin. Zövqə görə duz, istiot əlavə edib qarışdırın. Hazır isti şorbanı süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.