Category: Pəhriz Yeməkləri, Şirniyyatlar
Yields:
1 Serving
Faydalı keçibuynuzu unuyla şəkərsiz ləzzətli keks hazırlaya bilərsiniz. Evdar.az pəhriz keksinin reseptini təqdim edir.
Tərkibi:
- 3 ədəd yumurta
- 1 stəkan keçibuynuzu unu
- ½ stəkan süd
- ½ stəkan yağ
- 1 stəkan un
- 1 çay qaşığı vanil ekstraktı və ya 1 paket vanil
- 1 paket qabartma tozu
- 1 ədəd alma
- 1 çay qaşığı darçın
- ½ stəkan fındıq və ya qoz ləpəsi
Hazırlanma qaydası:
Bir qabda yumurtaları mikserlə yüksək sürətlə 3-4 dəqiqə çırpın. Üzərinə süd, yağ, vanil və keçibuynuzu ununu əlavə edib qarışana qədər çırpmağa davam edin. Un və qabartma tozunu əlavə edib qaşıqla qarışdırın. Xəmiri 20×20 sm ölçülü kvadrat qəlibə (və ya diametri 20 sm olan dairəvi qəlibə) tökün və üstünü hamarlayın. Almaların qabığını soyun və doğrayın. Bir boşqabda doğranmış almaların üzərinə darçın töküb qarışdırın. Xəmirin üzərinə darçınlı almaları düzün və üzərinə fındıq ləpəsi səpin. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada təxminən 35 dəqiqə bişirin.
Nuş Olsun!