Kifləmədən,Boyatlamadan Çörəyi 1 Ay Necə Saxlamaq Olar?

Yields: 1 Serving

Süfrələrimizin baş tacı, dəyər verdiyimiz bir nemətdir çörək. Mağazadan aldığınız və ya evdə bişirilən çörəkləri boyatlamadan və kifləmədən daha uzun müddət necə saxlamaq olar? Bu sual bütün evdar xanımları düşündürür. Bəlkə bu günə qədər çörəkləri daha uzun müddət qalması üçün həmişə soyuducuda saxlayırdınız, amma… Əslində böyük səhv edirdiniz. Evdar.az bu karantin günlərində evdə heç bir məhsulun ziyan olmaması üçün, xüsüsən də çörəyi israf etməmək üçün nələrə diqqət yetirməyin izahını təqdim edir.

Çörəyi bir neçə gün ərzində istifadə edəcəksinizsə…

Çörəyi bir neçə gün ərzində istifadə edib və bu müddətdə ən sağlam şəkildə saxlamaq istəyirsinizsə bu addımlara diqqət yetirin:

  • Çörəyinizi soyuducuya qoymayın. Çünki bu, ancaq daha sürətli boyatlamasına səbəb olacaq. Çörəyin içərisində molekullar soyuducuda kristallaşmağa başlayır. Yəni su molekulları yavaş-yavaş çörəyi tərk edir və karbohidrat molekulları tək qalır. Bu da çörəyin ilk günkü təzəliyini itirməsinə səbəb olur.
  • Çörəyi yalnız bir neçə gün ərzində istifadə edəcəksinizsə otaq istiliyində ya da bir az daha sərin bir mühitdə saxlayın.
  • Çörəyi təmiz, quru, rütubətsiz bir mühitdə,mümkün olduqca bütöv halda, dilimləmədən saxlayın.
  • Çörəyi saxlamaq üçün plastik paketlərin əvəzinə hava keçirməyən çörək saxlama qutularını seçin.
  • Çörək qutusunun bir küncünə duz və soda qoyaraq mühitin nəmini çəkməsini təmin edə bilər. Bu üsulla da çörəyinizin həddindən artıq nəmliyə görə sürətlə kiflənməsinin qarşısını ala bilərsiniz.

Çörəyi bir neçə ay saxlamaq istəyirsinizsə…

Evdə çörəyi çox bişirmisinizsə, bu çörəkləri bir neçə ay boyunca yeyə biləcəyiniz şəkildə saxlamaq istəyirsinizsə streç salafanla hava almayacaq şəkildə yaxşıca bükün. Daha sonra soyucu paketinə yerləşdirin və soyuducunun dondurucu rəfinə qoyun. Bu şəkildə 2-3 ay ərzində saxlaya bilərsiniz.

Boyat Çörəkdən qəlyanaltı hazırlamaq istəyirsinizsə linkə daxil olun..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.