Koronavirus Əleyhinə C Vitaminiylə Zəngin Yay İçkisi

Yields: 1 Serving

Lavandalı limonad zərif bir dad və lavanda ətirinə malikdir. Bu sərinləşdirici limonad həm stresi azaldır, həm də C vitamini ilə zəngindir. Evdar.az vitaminli yay içkisinin reseptini təqdim edir.

Tərkibi:

  • 1 stəkan lavanda çiçəyi
  • 4 xörək qaşığı şəkər tozu
  • 0,5 stəkan qaynar su
  • 0,5 stəkan limon suyu (təzə sıxılmış)
  • 3 stəkan su
  • 1 stəkan buz

Hazırlanma qaydası:

Təzə dərilmiş və ya qurudulmuş lavanda çiçəyini böyük bir stəkana töküb üzərinə şəkər tozu əlavə edin. Yarım stəkan qaynar suyu da töküb qarışdırın ki, şəkər tozu yaxşıca ərisin. Stəkanın üzərini örtün və yarım saatlıq kənarda saxlayın. Şüşə qrafinə bir az buz tökün. Üzərinə lavandalı siropu süzgəclə süzüb əlavə edin. Yarım stəkan təzə sıxılmış limon suyunu da tökün. Qrafini soyuq içməli suyla doldurub qarışdırın. Çəhrayı rəngli lavanda limonadı hazırdır. Limonadı buzla dolu stəkanlarda süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.