Ləziz Göbələkli Toyuq Yeməyi

Yields: 1 Serving

Yeməklərə xüsusi dad verən göbələyi toyuq ətiylə bişirərək nahar üçün ləzzətli yemək hazılaya bilərsiniz. Evdar.az ləziz göbələkli toyuq yeməyinin reseptini təqdim edir.

Tərkibi:

  • 2 ədəd soğan
  • 2 ədəd bibər
  • 3 diş sarımsaq
  • 500 qr göbələk
  • 800 qr toyuq
  • duz, istiot, pul bibər
  • əridilmiş kərə yağı
  • 100 ml su
  • keşniş

Hazırlanma qaydası:

Soğanı xırda doğrayın, bibərləri təmizləyib samanvari şəkildə doğrayın. Sarımsağı da xırda doğrayın. Göbələkləri orta hissəsindən 2 yerə bölün. Bir qabda toyuğun üzərinə duz, istiot töküb yaxşıca qarışdırın. Qazana və ya dərin saca əridilmiş kərə yağı tökün. Duz, istiot vurduğunuz toyuq tikələrini yağda bişirin. Üzərinə xırda doğranmış soğanı da töküb qarışdırın. Qazanın qapağını örtüb bişirin. Daha sonra üzərinə xırda doğranmış sarımsağı töküb qarışdırın və qazanın qapağı bağlı şəkildə bişirin. Samanvari doğranmış bibərləri də əlavə edib qarışdırın. Doğranmış göbələkləri də əlavə edib bişirməyə davam edin. Yeməyə pul bibər və su əlavə edib qazanın qapağı şəkildə bişirin. Bişən yeməyə doğranmış keşniş əlavə edib ocağı söndürün.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.