Ləziz Karamelli Tartaletka

Yields: 1 Serving

Könlünüzdən tartaletka yemək keçirsə bunun üçün restoran, kafelərə getməyə ehtiyac yoxdur. Evdə özünüz asan və ləzzətli karamelli tartaletka hazırlaya bilərsiniz. Dadı olduqa yüngül tartaletkanı zövqünüzə görə meyvəli, şokoladlı, qaymaqlı, kremli hazırlaya bilərsiniz. Evdar.az ləziz karamelli tartaletkanın reseptini təqdim edir.

Tərkibi:

Xəmiri üçün:

  • 250 qr un
  • 200 qr şəkər kirşanı
  • 1 çimdik (2 qr) duz
  • 1/2 ədəd limon rəndəsi
  • 150 qr otaq temperaturunda yumşaldılmış kərə yağı
  • 5 ədəd yumurta sarısı

Karamelli kremi üçün:

  • 200 qr şəkər tozu
  • 200 ml qaymaq
  • 100 qr ağ şokolad
  • 100 qr kərə yağı

Hazırlanma qaydası:

Xəmiri hazırlamaq üçün bir qabda un və şəkər kirşanını qarışdırın. Üzərinə limon rəndəsi və çimdik duz əlavə edib qarışdırın. Otaq temperaturunda yumşaldılmış kərə yağını əllə əzin. Üzərinə unlu qarışığı əlavə edib yaxşıca qarışdırın. Yumurta sarısını da əlavə edib xəmir yoğurun. Xəmiri streç salafana büküb 1 saatlıq soyuducuya yerləşdirin. Xəmirdən kiçik kündələr qoparın, qəlibin ölçüsünə uyğun olaraq əllə yüngül yayın. Qəlibin içərisinə kənarları da boş qalmayacaq şəkildə yaydıqdan sonra çəngəllə hər tərəfindən batırın. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 18-20 dəqiqə tartaletkalar yüngül qızılırəng alanadək bişirin. Sobadan götürdüyünüz tartaletkaları qəlibində soyuması üçün kənara qoyun.

Karamelli kremi hazırlamaq üçün bir qabda şəkər tozunu karamelizə rəng alanadək əridin. Üzərinə isilmiş qaymağı əlavə edib zəif ocaqda qarışdırın. Əridilmiş ağ şokoladı və kərə yağını da əlavə edib yaxşıca qarışdın. Qaynadıqdan sonra ocaqdan götürüb soyudun. İlınan karamelli kremlə tartaletkaları doldurun və 1 saatlıq soyuducuya yerləşdirin. Süfrəyə verdikdə üzərinə xırdalanmış qoz ləpəsi səpin.

Tartaletkaları limonlu kremlə (limonlu kurd) də doldura bilərsiniz. Limonlu kurdun reseptini bu məqalədən oxuya bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.