Ləziz Limonlu Parfe

Yields: 1 Serving

“Mükəmməl” mənasını verən məşhur Fransız şirniyyatı Parfe, limonla birləşdikdə ləzzət ziyafəti yaradır. Evdar.az ləziz limonlu parfenin reseptini təqdim edir.

Tərkibi:

  • 3 ədəd yumurta ağı
  • yarım stəkan şəkər tozu
  • 2 ədəd limon qabığı rəndəsi
  • 3 ədəd limon suyu
  • 1,5 stəkan süd
  • 1,5 paket şanti krem
  • 2 paket vanil

Hazırlanma qaydası:

İlk öncə yumurta ağlarını mikserlə yaxşıca çırpın. Üzərinə az-az şəkər tozu əlavə edib çırpmağa davam edin. Başqa bir qabda şanti kremin üzəinə süd əlavə edib yaxşıca çırpın. Çırpılmış şanti kremin üzərinə çırpılmış yumurta ağı, vanil, limon suyu və limon qabığı rəndəsini əlavə edib qarışdırın. Bir qəlibə hazırladığınız parfeni boşaldın və soyuducunun dondurucu rəfinə yerləşdirib donmasını gözləyin. Süfrəyə verməzdən əvvəl soyuducudan çıxarıb otaq temperaturunda saxlayın.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.