Ləziz Təam-Göbələkli Beef Stroganoff

Yields: 1 Serving

Beef Stroganoff, dünyada yayılmış ən məşhur yeməklərdən biridir. Tərcümədə “Stroganov üslubunda ət” deməkdir. Evdar.az ləzzətli yeməyin reseptini təqdim edir.

Tərkibi:

  • 500 qr can əti və ya mal ətinin yumşaq hissəsi
  • 3 xörək qaşığı kərə yağı
  • 2 ədəd soğan
  • 400 qr göbələk
  • 250 qr qaymaq və ya xama
  • 2 diş sarımsaq
  • 1 xörək qaşığı un
  • duz, istiot

Hazırlanma qaydası:

Əti uzun və nazik şəkildə doğrayın. Yağı tavada əridib əti tez-tez qarışdıraraq qızılı rəng olana qədər qızardın. Yüksək dərəcəli ocaqda qızardın ki, ətin suyu çıxmasın. Qızarana yaxın bir az duz əlavə edin. Ətin yaxşı bişməsi üçün qapağını örtüb bişirin. Bişən ətləri başqa bir qaba tökün. Əti qızartdığınız tavada yağda yarımhalqa doğradığınız soğan və sarımsaqları töküb qızardın. Daha sonra doğranmış göbələkləri əlavə edib qızardın. Üzərinə un səpib, duz, istiot əlavə edib yaxşıca qovurun. Əti də əlavə edib qarışdırın . Qaymaq əlavə etdikdən sonra 10 dəqiqə bişirin. Bu dadlı yeməyi süfrəyə verdikdə yanında qarnir olaraq kartof püresi , makaron və düyü verə bilərsiniz. Hazır yeməyin üzərinə zövqə görə doğranmış göyərti səpə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.