Ləziz və Doyurucu 4 Qaşıq Şorbası

Yields: 1 Serving

Mədəni uzun müddət tox saxlayan və zəngin lif tərkibi ilə tanınan mərcimək, həzm fəaliyyətini yaxşılaşdıran, bədəni enerji ilə təmin edən düyü və yüksək protein dəyəri olan bulgurdan çox dadlı və doyurucu şorba hazırlaya bilərsiniz. Evdar.az ləziz və doyurucu 4 qaşıq şorbasının reseptini təqdim edir.

Ləziz və Doyurucu 4 Qaşıq Şorbasının tərkibi:

  • 1 qaşıq qırmızı mərcimək
  • 1 qaşıq yaşıl mərcimək
  • 1 qaşıq bulqur
  • 1 qaşıq yumru düyü
  • 6 stəkan qaynar su
  • 1 stəkan qatıq
  • 1 ədəd yumurta
  • 1 xörək qaşığı un
  • yarım limonun suyu
  • 1 ədəd soğan
  • 60-70 qr kərə yağı
  • nanə qurusu
  • duz

Ləziz və Doyurucu 4 Qaşıq Şorbasının hazırlanma qaydası:

Bir qazana yuyulmuş mərciməklər,düyü və bulquru tökün. Üzərinə qaynar su əlavə edib bişirin. Başqa bir qabda yumurta, otaq temperaturunda olan qatıq, un və limon suyunu qarışdırın. Davamlı qarışdıraraq qatıqlı qarışığı qazana əlavə edin və qaynara düşənə qədər qarışdırmağa davam edin. Başqa bir tavada qızdırılmış yağda xırda doğranmış soğanı qovurun. Qaynayan şorbaya yağda qovrulmuş soğanı və duzu əlavə edib qarışdırın. İstəyə görə soğana nanə qurusu əlavə edə bilərsiniz. Hazır şorbanı isti halda süfrəyə verin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.