Ləzzətinə Doyum Olmayan Qızardılmış Quzu Maçaları

Yields: 1 Serving

İmmunitet sistemi üçün quzu ətində olan sinklə orqanizmin ehtiyacının 45% -ni qarşılamaq mümkündür. Bu faydalı ətdən dadlı yemək hazırlayın. Evdar.az xırçıldayan quzu maçalarının reseptini təqdim edir.

Tərkibi:

  • 5 ədəd quzu maçası
  • 1 ədəd qırmızı soğan
  • 10 ədəd yumurta
  • 200 qr suxari tozu
  • 150 qr qoz ləpəsi
  • cirə, duz, pul bibər

Hazırlanma qaydası:

İlk öncə quzu maçalarını bir qazana qoyub üzərini keçəcək qədər su doldurun. Qazana duz, pul bibər, cirə tökün. Qırmızı soğanın qabığını soyub 4 yerə bölüb qazana əlavə edin və qazanın qapağını örtün. Qazanı ocağa qoyub ətləri yaxşıca bişənə qədər qaynadın.
Bir qabda yumurtalara duz töküb çəngəllə çırpın. Həvəngdəstəylə və ya qəhvəüyüdənlə cirəni toz halına gətirin, qoz da xırdalayın. Geniş bir qabda suxari tozunu, xırdalanmış qoz və cirəni qarışdırın. Bişən maçaları sudan çıxarın. İlk öncə yumurtaya bulayıb suxari tozu səpin,yenidən yumurtaya bulayıb suxari səpin. Bu qaydayla qalan maçaları da yumurta və suxariyə bulayın. Daha sonra tavada qızğın yağda bulanmış maçaları yaxşıca qızardın. Qızardılmış maçaları süfrəyə tərəvəz qızartmalarıyla verə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.