Ləzzətli “Arı yuvası” tortu

Yields: 1 Serving Difficulty: Easy

“Arı yuvası” tortu bayram süfrəsini bəzəyəcək maraqlı, qeyri-adi bir quruluşa sahib gözəl və ləzzətli bir tortdur. Evdar.az  asan hazırlanan ləzzətli tortun hazırlanma qaydasını təqdim edir.

Ləzzətli “Arı yuvası” tortunun tərkibi:

Biskvit üçün:

  • 3 ədəd yumurta
  • 85 qr şəkər tozu
  • ¼ stəkan portağal suyu
  • 55 qr un
  • 25 qr kakao

Biskviti islatmaq üçün:

  • 1 stəkan süd
  • 1 çay qaşığı şəkər tozu

Arasına yaxmaq üçün pudinq:

  • 2,5 stəkan süd
  • ½ stəkan şəkər tozu
  • ½ stəkan un
  • 2 çay qaşığı nişasta
  • 1 paket vanil
  • 1 ədəd yumurta sarısı

Ara qatları üçün:

  • 2 ədəd banan

Üzərinə yaxmaq üçün krem:

  • 1 paket qaymaq
  • 3 xörək qaşığı şəkər kirşanı
  • 1 paket vanil
  • 1 çay qaşığı sarıkök  və ya 2-3 damcı sarı qida boyası
  • 2-3 xörək qaşığı şanti krem tozu

Arılar üçün:

  • sarı və ağ şəkər xəmiri
  • qara rəng qida boyası ya da qara qida qələmi

Ləzzətli “Arı yuvası” tortunun hazırlanma qaydası:

Biskviti hazırlamaq üçün yumurta sarılarını və ağlarını ayırın. Bir qabda yumurta ağlarını şəkər tozunun yarısı ilə mikserlə yaxşıca çırpın. Şəkər tozunun qalan yarısı ilə yumurta sarılarını mayonez konsistensiyasına gələnə qədər çırpın. Portağal suyunu da əlavə edib çırpın. Geniş bir qabda hər iki qarışığı taxta qaşıqla yavaş-yavaş qarışdırın. Üzərinə ələnmiş un və kakaonu da əlavə edib ehtiyyatla qarışdırın. Yuvarlaq kasa şəklindəki borcam qəlibi kərəyağı ilə yağlayın və hazırladığınız xəmiri içərisinə boşaldın. Qəlibin üzərini folqa kağızı ilə bağlayıb əvvəlcədən 180 dərəcə qızıdırılmış sobaya yerləşdirin. 30 dəqiqə bişirdikdən sonra üzərindəki folqanı çıxarıb 10 dəqiqə daha bişirib, içərisinin bişib bişmədiyini yoxlayın. Təmiz bir bıçaqı batırıb çıxarın, quru çıxırsa bişmiş deməkdir. Biskviti sobadan çıxarıb soyudun. Biskviti bir gecə saxlasanız daha yaxşı olar. Hazır biskviti 3 və ya 4 hissəyə ayırın.

Kremi hazırlamaq üçün bir qazana süd, nişasta, şəkər tozu, yumurta sarısı, un və vanili töküb orta ocaqda tel çırpıcıyla qarışdıraraq bişirin. Qatılaşdıqda ocağı söndürüb arabir qarışdıraraq soyudun.

Biskvitləri islatmaq üçün 1 stəkan südün üzərinə 1 çay qaşığı şəkər tozu töküb qarışdırın. Biskvitin qatlarını  az şəkər tozuyla dadlandırılmış südlə isladıb aralarına pudinq yaxın. Banan dilimləri qoyub qatları üst-üstə qoyun.

Krem üçün qaymağı mikserin yüksək sürətilə yaxşıca çırpın. Şəkər kirşanını  və vanili əlavə edib çırpmağa davam edin. Kreminiz bərkiməyə başladıqda şanti krem tozu əlavə edib çırpın. Zəncəfili də əlavə edib çırpın.

Sarı rəngli kremi tortun üstünə və kənarlarına yaxın. Şəkər xəmiri ilə arılar hazırlayıb tortun üzərinə yerləşdirin.

Nuş Olsun!

Qeyd: Tortun kreminə əlavə etdiyiniz sarıkökün qoxusundan narahat olanlar sarı qida boyası istifadə edə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir