Ləzzətli Limon Dolması

Yields: 1 Serving

Bu dada heç kəs biganə qalmayacaq! Limon dolması və ya doldurulmuş limon qəlyanaltısı hər kəsin sevimlisi olacaq.Evdar.az ləzzətli limon dolmasının reseptini təqdim edir.

Tərkibi:

  • 3 ədəd limon
  • 30 qr kərə yağı
  • yarım ədəd bolqar bibəri
  • 5-6 dənə konservləşdirilmiş yağda sardina balığı
  • yarım qırmızı soğan
  • 1 çay qaşığı mayonez və ya xama
  • 6-10 ədəd zeytun
  • 1 çay qaşığı dənəvər xardal
  • bir neçə budaq cəfəri
  • duz, istiot zövqə görə

Hazırlanma qaydası:

İlk öncə bir qabda limonların üzərinə qaynar su töküb 5 dəqiq kənarda saxlayın. Daha sonra limonun üst hissəsini kəsin və qabığına bir neçə şaquli kəsiklər edin. Limonun iç hissəsini ayırıb götürün. Soğanı və bolqar bibəri xırda doğrayın. Zeytunu və cəfərini də xırdalayın. Bir qabda sardina balığını çox otaq temperaturunda yumşaldılmış kərə yağıyla birlikdə çəndəllə əzin. Üzərinə doğranmış tərəvəzləri əlavə edin. Xardal, mayonez, duz və istiot töküb yaxşıca qarışdırın. Limonların iç hissəsinə içliyi doldurun və kəsdiyiniz üst hissəsiylə örtün. İştahaçan qəlyanaltını boşqaba qoyub süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir