
Ləzzətli və doyumlu “Zodiak” salatını ilin istənilən vaxtı bayram və qonaq süfrələri üçün hazırlaya bilərsiniz. Evdar.az dadlı və asan hazırlanan “Zodiak” salatının reseptini təqdim edir.
“Zodiak” Salatının tərkibi:
- 500 qr göbələk
- 2 ədəd toyuq filesi
- 4 ədəd yumurta
- 2 ədəd xiyar
- 1 banka konservləşdirilmiş qarğıdalı dənəsi
- mayonez
- duz, istiot zövqə görə
“Zodiak” Salatının hazırlanma qaydası:
İlk öncə göbələkləri kiçik kub formasında doğrayın. Tavada bir az yağ əlavə edin və göbələkləri yağda qovurun. Qovrulmuş göbələyə duz əlavə edib qarışdırın. Ocaqdan götürüb soyuması üçün kənara qoyun. Toyuq filesini az duzlu suda qaynadın. Bişmiş toyuq filesini kub formasında doğrayın. Yumurtaları da suda bişirib qabığını soyun. Bişmiş yumurtaları və xiyarı kiçik kub formasında doğrayın. Salatı hazırlayacağınız qaba doğranmış toyuq filesi, yumurta, xiyar, qovrulmuş göbələk, konservləşdirilmiş qarğıdalı dənəsi, mayonez və zövqə görə duz, istiot əlavə edib qarışdırın. Dadlı və doyumlu “Zodiak” salatı hazırdır!
Ən dadlı salat reseptləri Ən Dadlı Kulinariya Saytında!
Nuş Olsun!