Limon Sousunda Ləziz Kənd Çolpası

Limon Sousunda Leziz Kend Colpası1
Yields: 1 Serving

Limon sousunda kənd çolpası sadə, lakin dadlı yeməkdir. Yeməyə xüsusi ətir və zərif turş dad verən limon unudulmaz təəssürat yaradır. Evdar.az limon sousunda kənd çolpasının reseptini təqdim edir.

Limon Sousunda Kənd Çolpasının tərkibi:

  • 1 ədəd kənd çolpası
  • 1 ədəd limonun qabığı və suyu
  • 2 xörək qaşığı kərə yağı
  • zövqə görə bişmiş şabalıd
  • duz, istiot

Limon Sousunda Kənd Çolpasının hazırlanma qaydası:

İlk öncə kənd çolpasını doğrayın. Qazana su əlavə edin və doğranmış toyuq tikələrini ət yumşalana qədər suda qaynadın. Toyuq ətlərini ayrı bir qaba, suyunu isə süzərək başqa bir qaba köçürün. Dərin tavada kərə yağını əridin və bişmiş toyuq tikələrini yağda qovurun. Üzərinə duz və sürtgəcdən keçirilmiş limon qabığı əlavə edib qarışdırın. Qabığını rəndələdikdən sonra limonun şirəsini sıxın. Limon suyunu ətlərin üzərinə əlavə edib tavanın qapağını örtüb bişirin. Süzdüyünüz toyuq ətinin suyundan da 1-2 çömcə qaşıqla tavaya əlavə edib bişirməyə davam edin. Artıq qalan toyuq suyunu başqa yeməklərdə istifadə etmək üçün dondurucuda saxlaya bilərsiniz. Zövqə görə bişmiş şabalıd da əlavə edib qarışdırın. Hazır yeməyi süfrəyə qızardılmış təzə kartofla və ya süzülmüş düyüylə birlikdə verə bilərsiniz. İstəyə görə süfrəyə verdikdə üzərinə doğranmış göyərti səpə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir