Məktəb İllərinin Ləziz Dadı -Südlü Korjiklər

Yields: 1 Serving

Südlü korjiklər uşaqlığın ləzzətli təamlarından biridir. Evdar.az dadlı südlü korjiklərin reseptini təqdim edir.

Məktəb İllərinin Ləziz Dadı -Südlü Korjiklərin tərkibi:

  • 200 qr şəkər tozu
  • 80 ml süd
  • 1 ədəd yumurta
  • 100 qr yumşaldılmış kərə yağı
  • 1 paket vanil
  • 1 paket qabartma tozu
  • 400 qr un

Üzəri üçün:

  • 1 və ya 2 ədəd yumurta sarısı

Məktəb İllərinin Ləziz Dadı -Südlü Korjiklərin hazırlanma qaydası:

İlk öncə qazana şəkər tozu və südü töküb qarışdırın. Qazanı ocağa qoyub şəkər tozu əriyənə qədər qarışdırın. Ocaqdan götürüb otaq temperaturunda soyudun. Bir qabda otaq temperaturunda yumşaldılmış kərə yağını taxta qaşıqla və ya spatulayla qarışdırın. Üzərinə ilıq şərbəti töküb qarışdırın. Yumurtanı da əlavə edib tel çırpıcıyla qarışdırın. Kütləyə vanil, qabartma tozu və unu hissə-hissə əlavə edib xəmir yoğurun. Xəmiri streç salafana büküb 30 dəqiqəlik soyuducuda saxlayın. Soyuducudan götürdüyünüz xəmiri oxlovla dəzgahın üzərinə yayın. Yaydığınız xəmirdən korjik qəlibiylə dairələr kəsin. Xəmiri yağlı kağız sərilmiş soba sinisinə aralıqlarla düzün. Üzərinə yumurta sarısı çəkib çəngəllə bəzək verin. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 15 dəqiqə bişirin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir