Mədə-Bağırsaq Üçün Faydalı Kömür Çörəyi

Yields: 1 Serving

Kömür çörəyi  (Pane al carbone) – kömür əlavə edilmiş adi çörək, yalnız xüsusi və çox dadlıdır.  Dərman olaraq, aktivləşdirilmiş kömür “fırça” kimi işləyir, bədəndən bütün zərərli maddələri və onlarla birlikdə faydalı olanları da çıxarır. Bir antidot (Antidot dərmanın və ya zəhərin təsirini azaldan və ya aradan qaldıran maddələrin ümumi adıdır) olaraq, kömür yalnız böyük dozalarda işləyir. Bu, zəhərlənmə, həzm pozğunluğu, mədə yanğısı, şişkinlik və meteorizm (köpmə) üçün ilk yardımdır. Arıqlamaq üçün yeni pəhrizdə kömür tabletlərindən istifadə edilir. Hətta sandviçlər, hamburgerlər, hər cür şirin ruletlər, kruasanlar və tortlarda cəlbedici görünüşü üçün kömürdən istifadə edilir. Evdar.az mədə və bağırsağın fəaliyyətinə faydalı təsir göstərən kömür çörəyinin reseptini tqədim edir.

Mədə-Bağırsaq Üçün Faydalı Kömür Çörəyin tərkibi:

  • 3 stəkan tam buğda unu
  • 1 paket quru maya
  • 1 xörək qaşığı şəkər tozu
  • 1 çay qaşığı aktivləşdirilmiş kömür tozu
  • 3 xörək qaşığı ilıq süd
  • 1 stəkan ilıq su
  • 3 xörək qaşığı zeytun yağı
  • duz

Mədə-Bağırsaq Üçün Faydalı Kömür Çörəyin hazırlanma qaydası:

İlk öncə kömürü qəhvəüyüdünlə (və ya həvəngdəstə) toz halına gətirib ələyin. Mətbəx kombaynına un, üyüdülüb ələnmiş kömür, maya, şəkər tozu, ilıq süd, su və duz əlavə edib qarışdırın. Kombaynı ən yüksək sürətə keçirin və sonda  zeytun yağı əlavə edib daha 5 dəqiqə yumşaq, ələ yapışmayan xəmir olana qədər yoğurun. Xəmirin üzərini örtüb 30 dəqiqəlik mayalanması üçün kənara qoyun. Unlanmış dəzgahın üzərində xəmiri kündələyib 30 dəqiqə həcmi iki dəfə artana qədər saxlayın. Daha sonra yağlı kağız sərilmiş soba sinisinə yerləşdirib üzərini unlayın və iti bir bıçaqla kəsiklər atın. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə bişirin. Bişdikdən sonra çörəyi sinidən çıxarıb dəmir torun üzərinə yerləşdirib tamamilə soyudun.

Nuş Olsun!

2 Şərhlər

    1. Bu çörək mədə-bağırsağında problem olanlar üçün faydalıdır. Pəhrizdə olanlar üçün qeyd edilməyib. Sadəcə kömürün pəhriz reseptlərində istifadə edildiyi vurğulanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir