Məşhur İtalyan Çörəyi Fokaçça

Yields: 1 Serving

Dünya mətbəxinin məşhur reseptləri arasında iştirak edən Fokaçça çörəyi, ləziz tərəvəzlərin xoş ətrini verən möhtəşəm bir çörəkdir. İtalyanların həm nahar, da həm də bütün yeməklərinin yanında istifadə etdiyi bu çörəyin hazırlanması çox asandır. Evdar.az dadı damağınızda qalacaq və doyurucu Fokaçça çörəyinin reseptini təqdim edir.

Xəmiri üçün:

  • 3,5 stəkan un
  • 1,5  stəkan ilıq su
  • 1 paket instant maya
  • 2 xörək qaşığı zeytun yağı
  • 1 xörək qaşığı duz
  • 1 xörək qaşığı şəkər tozu

Üzəri üçün:

  • yaşıl zeytun
  • qara zeytun
  • ağ pendir
  • qırmızı soğan
  • çerri pomidoru
  • 2-3 diş sarımsaq
  • 1 stəkan zeytun yağı
  • vəzəri

Hazırlanma qaydası:

Xəmiri hazırlamaq üçün bir qabda  un, ilıq su, maya, zeytun yağı, duz və şəkər tozunu qarışdırın (və ya xəmir yoğuran mikserlə 30 saniyə fasilərlə yoğurun).  Xəmirin yumşaqlığına görə yarım stəkan unu da 1-2 dəfəyə əlavə edin. Xəmir çörək xəmiri kimi olana qədər 1-2 dəqiqə daha qısa fasilərlə işlədərək yoğurun. Hazırladığınız fokaçia xəmirini unlanmış dəzgaha qoyub əlinizlə 1 dəqiqə yoğurun və bir qabın içərisində 30 dəqiqə mayalanmağa qoyun. Soba sinisini yağlayın və mayalanan xəmiri bolluca yağladığınız siniyə qoyub üzərinə zeytun yağı tökün. Əlinizlə yayaraq istədiyiniz formanı verin. Ya ürək forması, ya dairəvi və ya dördbucaq formada edə bilərsiniz. Xəmirlərin üzərinə barmaqlarınız ilə basdıraraq yüngül çuxurlar açın və yarım saatlıq kənara qoyun. Üzərinə istədiyiniz ölçüdə doğradığınız pomidoru, soğanı, zeytunları  düzün. Və ya zövqə görə rəngli bibərlər, kəklikotu istifadə edə bilərsiniz. Əvvəlcədən 200 dərəcə qızdırılmış sobada təxminən 18 – 20 dəqiqə bişirin . Bişən fokaççanı isti və ya soyuq halda vəzəriylə birlikdə süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.