Manqalda Dadlı Toyuq Qanadı Kababı

Yields: 1 Serving

Manqal dedikdə ilk ağıla gələn ət və toyuq kababıdır. Hər zamankindən fəqrli olaraq bu dəfə toyuq qanadlarından kabab hazırlaya bilərsiniz. Evdar.az  manqalda toyuq qanadı kababının reseptini təqdim edir.

Tərkibi:

  • 1 kq toyuq qanadı

Sousu üçün:

  • yarım stəkan maye yağ
  • 1 çay qaşığı istiot
  • 2 çay qaşığı duz
  • 1 xörək qaşığı tomat
  • 3-4 diş rəndələnmiş sarımsaq
  • 2 xörək qaşığı qatıq
  • pul bibər
  • kəklikotu

Hazırlanma qaydası:

Aldığınız toyuq qanadlarını yuyub suyunuz süzün. Üzərinə bıçaqla kəsiklər atın. Bir qabda maye yağ, istiot, duz, tomat, rəndələnmiş sarımsaq, qatıq və kəkliotunu qarışdırın. Qanadları sousa yaxşı bulayın. Şişlərə keçirib manqalda iki tərəfli bişirin. Toyuq qanadı kababını süfrəyə közdə bişmiş tərəvəzlərlə verə bilərsiniz

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir