
Marketlərdə satılan hazır kekslərin fərqi hər zaman göz qabağındadır. Ancaq o bahalı kekslərin sirri bu reseptdədir. Bu resepti sınadıqdan sonra hazır məhsul almayacaqsınız. Mükəmməl keksin sirri cəmi 1 paket toz pudinqdir. Evdar.az pudinqli keksin reseptini təqdim edir.
Marketlərdə Satılan Hazır Kekslərin Sirri Bu Reseptdə
Pudinqli Keksin tərkibi:
- 2 ədəd yumurta
- 1 stəkan şəkər tozu
- 1 stəkan süd
- yarım stəkan duru yağ
- 2,5 stəkan un
- 1 paket qabartma tozu
- 1 paket bitter şokoladlı pudinq tozu
Pudinqli Keksin hazırlanma qaydası:
Dərin bir qabda yumurta və şəkər tozunu mikserlə ən az 8-10 dəqiqə yaxşıca çırpın. Üzərinə süd və duru yağ əlavə edib qarışdırın. Ələnmiş un və qabartma tozunu da əlavə edib çırpmağa davam edin. Keks xəmirinin üzərinə 1 paket pudinq tozunu əlavə edib yaxşıca qarışdırın. Xəmiri yağlanmış keks qəlibinə töküb hamarlaşdırın. Zövqə görə keks xəmirinə şokolad parçaları, çərəzlər və ya meyvə quruları əlavə edə bilərsiniz. Əvvəlcədən 175 dərəcə qızdırılmış sobada təxminən 40 dəqiqə nəzarətli şəkildə bişirin. Bişən keksi otaq temperaturunda soyutduqdan sonra qəlibdən çıxarın. Üzərinə zövqə görə şəkər kirşanı səpin və ya qlazur yaxıb süfrəyə verin.
Ən dadlı keks reseptləri Ən Dadlı Kulinariya Saytında!
Nuş Olsun!