Mayasız Dadlı və Ətirli Sodalı Çörək

Yields: 1 Serving
Təzə bişmiş çörəkdən daha dadlı nə ola bilər? Ancaq xəmiri yoğurmaq və mayalandırmaq üçün həmişə vaxt olmur. Belə bir vəziyyətdə tez, lakin daha az vaxtda dadlı və ətirli sodalı çörəyi bişirə bilərsiniz. Xəmir maksimum 5 dəqiqəyə yoğrulur və dərhal bişirilir. Evdar.az mayasız dadlı və ətirli sodalı çörəyin reseptini təqdim edir.
Tərkibi:
  • 450 qr un
  • 1 çay qaşığı duz
  • 1 çay qaşığı soda
  • 400 ml kefir
  • 1 xörək qaşığı kətan toxumu
Hazırlanma qaydası:
Bir qabda un, duz, soda və kətan toxumunu qarışdırın. Üzərinə kefir əlavə edib xəmir yoğurun. Xəmiri unlu bir dəzgaha qoyun və ehtiyyatla yuvarlaq bir çörək hazırlayın. Çörəyin üzərində kəsiklər etmək üçün kəskin bıçaqdan istifadə edin. Çörəyi  qəlibə qoyub əvvəlcədən 200 dərəcə qızdırılmış sobada 40 dəqiqə bişirin.
Əlavə qeyd: 
  • Buğda unu tam buğda unu ilə əvəz edilə bilər və ya bir neçə növ un qarışdırıla bilər.
  • Kətan toxumu əvəzinə günəbaxan toxumu və ya hər hansı çərəz istifadə edə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.