Mayasız Universal Qat-Qat Xəmir

Yields: 1 Serving

Maya əlavə etmədən universal qat-qat xəmir hazırlayaraq bir çox şirniyyat və pirojki hazırlaya bilərsiniz. Evdar.az mayasız universal qat-qat xəmirinin reseptini təqdim edir.

Mayasız Universal Qat-Qat Xəmirin tərkibi:

  • 1 ədəd yumurta
  • yarım çay qaşığı soda
  • 80 ml buzlu su
  • 1 çay qaşığı limon suyu
  • 300 qr un
  • 180 qr kərə yağı

Mayasız Universal Qat-Qat Xəmirin hazırlanma qaydası:

Xəmiri hazırlamaq üçün dərin bir qabda yumurtanın üzərinə yarım çay qaşığı duz töküb tel çırpıcıyla yaxşıca çırpın.Üzərinə buzlu soyuq su və bir çay qaşığı limon suyu əlavə edib qarışdırmağa davam edin. Unu başqa bir qaba ələyin. Soyuq kərə yağını una batıraraq sürtgəcdən keçirin. Unla yağı yaxşıca qarışdırıb üzərinə yumurtalı kütləni əlavə edin.Yaxşıca qarışdırıb ələ yapışmayan xəmir yoğurun. Xəmiri salafan paketə qoyub yarım saatlıq dondurucuya və ya 2 saatlıq soyuducunn aşağı rəfinə yerləşdirin. Vaxt keçdikdən sonra xəmiri soyuducudan çıxarıb üzərinə unlanmış dəzgahda zövqünüzə uyğun içliklə doldurub bişirə bilərsiniz. Bu xəmirdən içliklə doldurulmuş peçenye, pizza və ya xaçapuri  hazırlaya bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.