Meksika Mətbəxinin Dadlı Təamı “Ençilada”

Yields: 1 Serving

İspan dilində “çili bibəri ilə dadlandırmaq” mənasını verən Ençilada ləzzətli Meksika yeməyidir. Bu dadlı yemək asıllıq yaradan bir dada malikdir. Evdar.az Meksika mətbəxinin dadlı təamı Ençilada yeməyinin reseptini təqdim edir.

Tərkibi:

  • 200 qr Holland pendiri
  • lavaş

İçlik üçün:

  • 500 qr qiymə
  • 2 ədəd soğan
  • 1 ədəd yaşıl bibər
  • 1 ədəd qırmızı bibər
  • 1 stəkan konservləşdirilmiş qarğıdalı
  • 100 qr kərə yağı
  • 2-3 xörək qaşığı duru yağ
  • 1 diş sarımsaq
  • yarım dəstə göyərti
  • duz, istiot, qırmızı pul bibər

Sous üçün:

  • 4 ədəd pomidor
  • 1 diş sarımsaq
  • duz, istiot
  • ətirli otlar( zövqə görə)
  • 2 xörək qaşığı duru yağ
  • 0,5 çay qaşığı şəkər tozu

Hazırlanma qaydası:

İlk öncə soğanı xırda doğrayıb yağda qovurun. Üzərinə qiyməni əlavə edib rəngi dəyişənə qədər bişirin. Bibərləri kiçik kub formasında doğrayıb qiyməyə əlavə edin. Sarımsaqğı da xırda doğrayıb əlavə edib orta odda bişirin.  Zövqə görə duz, istiot və ədviyyat əlavə edib qarışdırın.  Tam hazır olandan sonra ocaqdan götürüb üzərinə konservləşdirilmiş qarğıdalı və doğranmış göyərti əlavə edin
Pomidorları blenderdən keçirin, sarımsağı xırda doğrayın. Ayrı bir qazana blenderdən keçirtdiyiniz pomidorları, xırda doğradığınız sarımsağı , duru yağı və ədviyyatları əlavə edib 5-7 dəqiqə qaynadın. Lavaşları istifadə edəcəyiniz formaya uyğun kəsin. Pendiri sürtgəcdən keçirin. Hər lavaşa qiymə və pendir qoyub rulet kimi bükün. Formaya sousun yarısını yayıb içliklə doldurulmuş lavaşları yerləşdirin, üzərinə qalan sousu yayıb pendir səpin. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada pendir qızarana qədər bişirin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir