Mikrodalğalı Sobada Sinnabon Bulkası

Yields: 1 Serving

Səhər yeməyi süfrəsi üçün tezbazar iştahaaçan darçınlı Sinnabon bulkası hazırlaya bilərsiniz. Evdar.az çox vaxt aparmayan, ən sadə məhsullarla hazırlanan bulkanın reseptini təqdim edir.

Mikrodalğalı Sobada Sinnabon Bulkasının tərkibi:

  • 120 ml süd
  • 30 qr şəkər tozu
  • 200 qr un
  • 1 çay qaşığı qabartma tozu

İçlik üçün:

  • 50 qr şəkər tozu
  • 3 qr darçın tozu

Yağlamaq üçün:

  • 20 qr yumşaldılmış kərə yağı

Mikrodalğalı Sobada Sinnabon Bulkasının hazırılanma qaydası:

Bir qabda südün üzərinə şəkər tozu töküb qarışdırın. Ələnmiş un və qabartma tozu da əlavə edib yumşaq,ələ yapışmayan xəmir yoğurun. Xəmiri streç salafana büküb 10 dəqiqəlik kənarda saxlayın.

İçliyi hazırlamaq üçün bir qabda şəkər tozu və darçın tozunu qarışdırın. Xəmiri 4 hissəyə bölün.Hər hissəni nazik zolaq şəklində yayın.Xəmirin üzərinə otaq temperaturunda yumşaldılmış kərə yağı yaxıb darçınlı şəkər tozu səpin. Daha sonra uzununa iki yerə bölün. Zolaqları bir-birinin üzərinə çevirib rulet kimi bükün. Bu qaydayla qalan xəmirləri də hazırlayın. Kiçik formaları yağlayıb hazırladığınız xəmirləri tək-tək qəliblərə və ya fincana yerləşdirib mikrodalğalı sobada 2-4 dəqiqə bişirin. Hazır sinnabonları sobadan götürüb bir az soyudun və üzərinə şəkər kirşanı səpin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir