Mikrodalğalı Sobada Şokoladlı Pudinq

Yields: 1 Serving

Mikrodalğalı sobada bişən zərif bir desert! Soba ilə vaxtınızı sərf etməyi dayandırın, mikrodalğalı sobadan istifadə edin. Bu resept o qədər sadədir ki, tez bir zamanda sevimli desertinizə çevriləcəkdir. Evdar.az mikrodalğalı sobada hazırlanan şokoladlı pudinqin reseptini təqdim edir.

Tərkibi:

  • 100 qr şəkər tozu
  • 3 xörək qaşığı qarğıdalı və ya kartof nişastası
  • 2 xörək qaşığı kakao
  • çimdik duz
  • 500 ml süd
  • 3 ədəd yumurta sarısı
  • 60-70% faiz tündlüyü olan plitka şokolad
  • 2 xörək qaşığı azduzlu kərə yağı
  • 1 çay qaşığı vanil ekstraktı

Üzəri üçün:

  • 1 stəkan qatı qaymaq
  • 2 çay qaşığı şəkər tozu
  • 1/2 çay qaşığı vanil ekstraktı

Hazırlanma qaydası:

Orta ölçülü odadavamlı qabda kakao, şəkər tozunu, nişasta və duzu qarışdırın. Üzərinə 250 ml südü əlavə edib yaxşıca qarışdırın. Yumurta sarısını əlavə edib çırpmağa davam edin. Südün qalan yarısını da əlavə edib qarışdırın. Qabın üzərini mikrodalğalı soba üçün polietilen paketlə örtün, buxar çıxsın deyə bir tərəfində kiçik bir boşluq bıraxın. Əgər polietilen paket istifadə etmək istəməsəniz, bir boşqab götürüb örtün və bir az əyin. Qabı mikrodalğalı sobaya 3 dəqiqəlik yerləşdirin. Dəqiqənin tamamında paketi çıxarıb tel çırpıcıyla yaxşıca qarışdırın. Yenidən paketlə örtün və 1 dəqiqəlik mikrodalğalı sobaya yerləşdirin. Çıxarıb qarışdın və paketi yarımçıq örtüb yenidən bişməsi üçün 30 saniyəlik mikrodalğalı sobaya yerləşdirin. Sobadan çıxarıb qarışığın kənarları köpürənə qədər qarışdırın. Tel çırpıcının üzərində yüngül bir iz qoyacaq qədər qatı olmalıdır. Daha sonra şokoladı, kiçik kub formasında doğranmış kərə yağı və vanil ekstraktını əlavə edib dayanmadan qarışdırın. Bütün inqrediyentlər əriyib qarışana qədər. Hazır kütləni 4 ədəd kiçik porsiyalı fincanlara bölüşdürün. Pudinqləri tamamilə soyuyana qədər soyuducuya yerləşdirin.
Üzəri üçün mikserin qabında qaymağı orta sürətdə yaxşıca çırpın. Üzərinə şəkər tozu və vanil ekstraktı əlavə edib krem halına gələnədək çırpmağa davam edin. Pudinqin üzərini qaymaqlı kremlə bəzəyib süfrəyə verə bilərsiniz.
Üzəri üçün ən sevdiyiniz dondurma, nanə yarpağı və ya şokolad qırıntılarıyla da bəzəyə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.