Min Bir Dərdin Dərmanı-Cənnət Xurması Sirkəsi

Min Bir Derdin Dermanı-Cennet Xurması Sirkesi
Yields: 1 Serving

Xurma meyvəsindən hazırlanan xurma sirkəsi özünəməxsus yüngül dadı və xoş qoxuya malikdir. Alma və üzüm sirkəsindən daha şirin olan xurma sirkəsi müalicəvi xüsusiyyətləri ilə seçilir. Evdar.az min bir dərdin dərmanı-cənnət xurması sirkəsinin reseptini təqdim edir.

Cənnət Xurması Sirkəsinin tərkibi:

  • xurma
  • bal
  • su

Cənnət Xurması Sirkəsinin hazırlanma qaydası:

İlk öncə dəymiş xurmaları axar suyun altında yaxşıca yuyun. Daha sonra saplağını və tumlarını çıxarıb şüşə qabın və ya balonun içərisinə yerləşdirin. Xurma ilə doldurulmuş bankanın təxminən dörddə biri kifayət edəcəkdir. Balona bir az bal əlavə edib və bir az boşluq buraxaraq su ilə doldurun. Balonun qapağını örtüb üzərinə təmiz tənzif örtüb qaranlıq yerdə saxlayın. Hər gün balonun qapağını açıb taxta qaşıqla (mineralların qaçmaması üçün dəmir qaşıqdan istifadə etməyin) qarışdırın. Balonu sərin və qaranlıq yerdə 5 gün müddətində hər gün qarışdırmaq şərtiylə saxlayın. Gözləmə müddəti keçdikdən sonra istifadə etmək üçün bankadaki qarışığı təmiz tənzifə töküb sıxaraq süzün. Süzülmüş sirkəni şüşə qabda və ya butulkada 30 gün sərin yerdə saxlayın. Sirkənin üzərində yaranan ağ təbəqədən narahat olmayın, bu sirkənizin əmələ gəldiyini göstərir.

Xurma Sirkəsinin İstifadə Qaydası:

  • Xurma sirkəsindən salat və salat souslarında, turşuların hazırlanmasında istifadə olunur.
  • Xurma surkəsi ilıq su ilə qarışdırıldıqda bağırsaq təmizləyici su kimi istifadə olunur.
  • Səhər oyandığınız zaman bir stəkan ilıq suya bir az xurma sirkəsi əlavə edin və gün ərzində enerjinizi artırmaq üçün istehlak edin. Bundan əlavə, bu su maddələr mübadiləsini aktivləşdirəcək.
  • Bol tərəvəzli salata ləzzətli etmək üçün bir az xurma sirkəsi əlavə edə bilərsiniz. Xurma sirkəsi alma və üzüm sirkəsindən daha yüngül və şirin dada malikdir.
  • Tərəvəz və ət yeməklərinizə bir qaşıq əlavə edərək yeməyinizə fərqli dad verə bilərsiniz.
  • Turşuluq nisbəti aşağı olduğu üçün mədəni qıcqırtmır.
  • Əgər ilk dəfə istifadə edən insanlar mədə narahatlığı hiss edərlərsə, ondan istifadə etməmələri tövsiyə olunur. Allergiya halında həkimə müraciət etməlidirlər.

Xurma Sirkəsinin Faydaları:

  • İmmunitet sistemini gücləndirir, hüceyrələrinizi qoruyur və köhnəlmiş hüceyrələri bərpa edir.
  • Hamilə qadınlar həkim nəzarəti altında xurma sirkəsini istehlak etdikdə, vaginal əzələləri gücləndirir.
  • Doğuşu asanlaşdıran xurma sirkəsi hormonları da tənzimləyir. Həm də doğuş zamanı rahatlaşdırır və doğuşdan sonrakı qanaxmanı minimuma endirir.
  • Burun qanaxmasıda xaricdən pambıq tamponu ilə tətbiq edildikdə qanaxmanı dayandırma xüsusiyyətinə də malikdir.
  • Xurma sirkəsi bədən ağrılarında və menstruasiya ağrılarını aradan qaldırır.
  • Orqanizmdə iltihabın qarşısını alır və müntəzəm istifadə edildikdə qəbizlik problemini aradan qaldırır.
  • Tərkibində kalium və dəmir olduğundan müntəzəm istehlakla anemiya problemlərini də həll edəcək.
  • Zəngin minerallara malik olduğu üçün fiziki və ruhi yorğunluğun dərmanıdır. İnsana enerji verir və gərgin günlərdə sakitləşdirici təsir göstərir.
  • Səhər acqarına istehlak edilən xurma sirkəsi qış soyuqdəymələrindən və mövsümi xəstəliklərdən qoruyur.
  • Əgər öskürəkdən şikayət edirsinizsə və boğazınızda bəlğəm problemi varsa, xurma sirkəsi də boğaz probleminizi həll edəcək. Xurma sirkəsi sayəsində daha rahat nəfəs ala bilərsiniz.
  • Bir çox dərdin dərmanı olan xurma sirkəsi dəri problemlərində də təsirlidir. Yanıqlar və yaralar halında xarici istifadə tövsiyə olunur. Dəriyə qulluq maskalarında istifadə etmək də təsirlidir.
  • Xurma sirkəsi antiseptik xüsusiyyətlərə malikdir. Ağız yaralarında istifadə edildikdə qıcıqlanmanı aradan qaldıracaq.
  • Xurma sirkəsi mikrob öldürücü xüsusiyyətinə görə Avropa ölkələrində xəstəxanalarda istifadə olunur.
  • Eyni xüsusiyyət sayəsində dəriyə pambıqla çəkildikdə sızanaqları da yox edəcək.
  • İştah açıcı xüsusiyyəti ilə iştahını itirmiş insanlarda və uşaqlarda təsirlidir.
  • Xurma sirkəsini pambıq çubuqla birlikdə milçək dişləmələri və digər qaşınmalarda istifadə etmək qaşınmanın qarşısını alacaq.
  • Xurma sirkəsini su ilə qarışdırıb zaman-zaman saçınıza çəksəniz, saç telləriniz daha da güclənə bilər. Xurma sirkəsi əvəzinə xurma yağı ilə saçlarınızı masaj etməklə də oxşar effekt əldə edə bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir