Möcüzəvi İçki: Qoqol-Moqol

Yields: 1 Serving

Bu möcüzəvi içkinin mənşəyi haqqında çoxlu əfsanələr var. Onlardan birinə görə, Qoqol-moqol reseptini Mogilev şəhərindən olan xor ifaçısı Qogel icad edib. İddialara görə, bir dəfə səsini itirməyə az qala işini, güzəranını itirməmək üçün çırpılmış çiy yumurta ilə çörəyi qarışdıraraq dərmanlı içki icad edib. İçki onun səsini bərpa etməyə kömək edib…

Bir müddət sonra şəhərin ətraflarında yaşayan qrafinya Pototskaya içkidən xəbər tutub. Qrafinya müasir gənc xanım idi və musiqiyə həvəsi vardı, amma təəssüf ki, güclü səsi yox idi. Möcüzəvi dərman haqqında öyrəndikdən sonra o, dərhal qoqol-moqol reseptini almağı və onu aristokratik zövqünə uyğun olaraq yenidən hazırlamağı əmr etdi. Onun sayəsində klassik qoqol-moqol resepti indi bizə məlum olan versiyada ortaya çıxdı. Əlbəttə ki, ev şəraitində bu içkini hazırlamaq üçün bir çox yol var, lakin onun əsasını həmişə çırpılmış çiy yumurta təşkil edir. Məhz onlar səs tellərini bərpa etmək üçün möcüzəvi qabiliyyətə malikdirlər. Əgər onlara bal və isti süd də əlavə etsəniz, nəticədə yaranan içki boğaz ağrısı üçün əsl xilaskar olacaqdır.

Evdar.az ev şəraitində qoqol-moqol içkisinin reseptini təqdim edir.

Tərkibi:

  • 1 stəkan süd
  • 1 ədəd toyuq yumurtası (mütləq kənd yumurtası)
  • 3 xörək qaşığı bal
  • 1 xörək qaşığı şəkər tozu
  • 1 xörək qaşığı limon suyu

Hazırlanma qaydası:

Yumurta sarısını ağından ayırın. Bir stəkanda yumurta sarısını bal ilə yaxşıca qarışdırın. Üzərinə limon suyu əlavə edin. Yumurta ağını isə başqa bir qabda mikserlə yaxşıca çırpın. Üzərinə şəkər tozu əlavə edib çırpmağa davam edin. Hazırladığınız yumurta sarısı və balın üzərinə süd töküb qarışdırın. Boğazınızı müalicə etmək üçün içkini istifadə etməyi planlaşdırırsınızsa, südü bir az istiləşdirin ( təxminən 35-40 dərəcəyə qədər (lakin daha çox deyil). Daha sonra çırpılmış yumurtanın ağını südün üstünə qoyun. Faydalı içkiniz hazırdır.

Vacib qeyd:

Yumurta – içkinin əsas komponenti kənd toyuğundan olmalıdır. Heç vaxt mağazadan alınan yumurtalardan istifadə etməyin. Mağaza yumurtasında salmonella ola bilər və sizə fayda vermək əvəzinə sağlamlığınıza zərər verəcək. Çünki klassik qoqol-moqol reseptində yumurta istiliyə məruz qalmır, bu da parazitlərlə yoluxma riskinin çox yüksək olduğunu göstərir.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.