Nahara Sadə və Ləziz Göbələk Ruleti

Yields: 1 Serving

Toyuq əti və qızardılmış göbələk mükəmməl birləşmədir. Bu ləzzətli qəlyanaltını istər bayram süfrəsi üçün və ya sadə bir nahar yeməyində süfrəyə verə bilərsiniz. Evdar.az göbələkli ruletin reseptini təqdim edir.

Nahara Sadə və Ləziz Göbələk Ruletinin tərkibi:

  • 400 qr toyuq filesi
  • 500 qr göbələk
  • 100 qr holland pendiri
  • mayonez
  • 1 ədəd yumurta
  • duru yağ
  • duz, istiot

Nahara Sadə və Ləziz Göbələk Ruletinin hazırlanma qaydası:

İlk öncə blenderin qabına toyuq filesi, yumurta, duru yağ, duz və istiot əlavə edib blenderlə püre halına gələnə qədər qarışdırın.  Göbələyi kiçik kub formasında doğrayıb tavada yağda qızardın. Streç salafanı kəsmə taxtasının üzərinə sərib duru yağla azca yağlayın. Blenderlə püre halına gətirdiyiniz toyuq qiyməsinin düzbucaq formasında yağlanmış streç salafanın üzərinə yayıb hamarlaşdırın. Üzərinə mayonez yaxıb qovrulmuş göbələyi hər tərəfinə səpin. Sürtgəcdən keçirilmiş holland pendirini göbələyin üzərindən səpin. Streç salafanın bir tərəfindən tutaraq rulet kimi bükün. Streçin hər tərəfini bağlayıb 20 dəqiqəlik soyuducuya yerləşdirin. Daha sonra ruleti streç salafan ehtiyyatla çıxarıb yağlı kağıza bükün. Əvvəlcədən 200 dərəcə qızdırılmış sobada 40-45 dəqiqə bişirin. Bişənə yaxın ruleti sobadan götürüb üzərinə sürtgəcdən keçirilmiş pendir səpib doğranmış göbələk dilimləri ilə bəzəyib yenidən sobaya qoyub ( pendir əriyənə qədər) bişirin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir