Naxçıvanın Mətbəxinin Ləziz Təamı- Bozpörtü

Yields: 1 Serving

Naxçıvan mətbəxi bir-birindən ləziz təamlarla zəngindir. Bu dadlardan biri də Naxçıvanın ləziz bozpörtü yeməyidir.Evdar.az Naxçıvan bozpörtüsünün reseptini təqdim edir.

Tərkibi:

  • 850 qr az sümüklü qoyun əti
  • 150 qr quyruq
  • 1 ədəd soğan
  • 2 ədəd qırmızı bolqar bibəri
  • 2 ədəd yaşıl bibər
  • 1 ədəd sarı bolqar bibəri
  • 5 ədəd pomidor
  • 1/2 dəstə keşniş, şüyüd, dağkeşnişi, kəvər, şomu, turşəng, cəfəri, kərəviz
  • 1 xörək qaşığı kərə yağı
  • 50 ml abqora
  • duz, istiot, sarıkök

Hazırlanma qaydası:

İlk öncə soğanı uzunsov doğrayın. Bibərləri də təmizləyib orta kub formasında doğrayın. Göyərtiləri də yuyub suyunu süzün və doğrayın. Tavada kərə yağını əridin. Yuyulub suyu süzülən ətləri yağda iki tərəfli çevirərək qızardın. Yeməyi bişirəcəyiniz qazanın dibinə quyruqları düzün. Üzərinə doğradığınız soğanları da düzün. Soğanların üzərindən qızartdığınız ətləri də yerləşdirin. Duz, istiot və sarıkök səpin. Ətin üzərindən doğradığınız bibərləri də düzün. Abqora da əlavə edin. Üzərinə doğranmış göyərtiləri də əlavə edib, iki yerə bölünmüş pomidorları da düzün. Qazanın qapağını örtüb vam odda 1,5-2 saat bişirin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.