Novruz Süfrəsinə Gözəllik və Ləzzət Qatan Qəndi Külçə (Partlama)

Yields: 1 Serving

Novruz süfrəsi üçün dadına doyum olmayan Lənkəranın dadlı şirniyyatını hazırlaya bilərsiniz. Qəndi külçənin digər adı partlamadır. Bu şirniyyatın adı bişmə özəlliyindən götürülüb. Bişdiyi zaman üstü partlamalıdır və içlik çölə çıxmalıdır. Evdar.az dadına doyum olmayan qəndi külçənin reseptini təqdim edir.

Tərkibi:

Xəmir üçün:

  • 500 qr un,
  • 2 ədəd yumurta
  • 100 qr əridilmiş kərə yağı
  • 0,5 stəkan ilıq süd
  • 0,5 çay qaşığı duz
  • 0,5 çay qaşığı sarıkök
  • 1 çay qaşığı quru maya
  • 1 çay qaşığı şəkər tozu

İçlik üçün:

  • 1 kq un
  • 500 qr əridilmiş kərə yağı
  • 1 ədəd yumurta ağı
  • 500 qr şəkər tozu
  • 1 çay qaşığı üyüdülmüş hil
  • 1 paket vanil
  • duz
  • 1 paket qabartma tozu,

Üzəri üçün:

  • 1 ədəd yumurta ağı
  • qoz-fındıq ləpəsi
  • naxışları vurmaq üçün xırda dişli təzə daraq

Hazırlanma qaydası:

Xəmiri hazırlamaq üçün bir qabda unun orta hissəsinə yumurta, duz, şəkər tozu, sarıkök, maya, əridilmiş kərə yağı və ilıq süd töküb bərk xəmir yoğurun. Xəmiri qaba qoyub üzərinə streç salafan keçirib 1-2 saatlıq kənara qoyun.

İçliyi hazırlamaq üçün 500 qr kərə yağını dağ olana qədər əridin və 2-3 saatlıq soyuducuya yerləşdirin. Bir qaba əridilmiş donmuş kərə yağınıtöküb mikserlə ağaranadək yaxşıca çırpın. Üzərinə az-az şəkər tozunu əlavə edib çırpmağa davam edin. Bir ədəd yumurta ağını da əlavə edib çırpın. Duz, hil, qabartma tozu və vanili də əlavə edib qarışdırın. Daha dərin bir qabda çırpdığınız yağlı kütlənin üzərinə 1 kq un əlavə edib əllə qarışdırın. Yağlı kütləylə unun qarışdırıb umac halına gətirin. Bu kütlədən 20 ədəd toplar hazırlayın və qaysaqlanmaması üçün streç salafan bükün.

Xəmiri dəzgahın üzərində kiçik kəsib 20 ədəd kündə hazırlayın. Hər kündəni şəkərbura kimi yayın və orta hissəsinə hazırladığınız topun birini yerləşdirin bükün. Bu qaydayla top kimi yuvarlaq külçələr hazırlayın. Hazır külçələri aralıqlarla soba sinisinə düzüb üzərini örtün və 20 dəqiqə kənarda saxlayın. Təzə daraqla naxışlar edib qoz-fındıq ləpəsi batırın. Daha sonra üzərinə yumurta ağı çəkib əvvəlcədən 150-160 dərəcə qızdırılmış sobada üzərləri partlayıb qızarana qədər bişirin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.