Omega-3 Qaynağı Balıqdan Ləzzətli Sırdağ Yeməyi

Yields: 1 Serving

Balıq mövsümündə hazırlanan çeşidli yeməklərdən biri də balıq sırdağıdır. Sırdağ- “sır”- sarımsaq, “dağ” isə yağın dağ olması kimi yozulur. Evdar.az ləzzətli balıq sırdağının reseptini təqdim edir.

Omega-3 Qaynağı Balıqdan Ləzzətli Sırdağ Yeməyinin tərkibi:

  • 600 qr sazan balığı
  • 3-4 ədəd pomidor
  • 3 dəstə cəfəri (və ya keşniş, şüyüd)
  • 2-3 diş sarımsaq
  • 50 ml su
  • 4-5 xörək qaşığı abqora (və ya limon suyu)
  • 4-5 ədəd alça turşusu
  • duru yağ, kərə yağı
  • duz, istiot

Omega-3 Qaynağı Balıqdan Ləzzətli Sırdağ Yeməyinin hazırlanma qaydası:

İlk öncə balığı təmizləyib doğrayın. Doğranmış balıqlara duz, istiot səpib tavada yağda qızardın. Qızartdığınız balıqların üzərinə doğranmış sarımsaq əlavə edin. Daha sonra yuyulub,doğranmış cəfərini də əlavə edin. Üzərinə kərə yağı dilimlərini də düzün. Pomidorları iki hissəyə bölüb balıqların üzərinə düzün. Daha sonra abqora, alça turşusu və zövqə görə duz, istiot əlavə edib qapağı bağlı şəkildə bişirin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir