Pəhriz Qəlyanaltısı-Yerkökülü Oladi

Yields: 1 Serving

Yerkökülü oladi-doyurucu bir səhər yeməyi və ya faydalı qəlyanaltı olaraq süfrənizi bəzəyəcək. Bu pəhriz oladisi ilə vegetarian menyusunu müxtəlifləşdirə bilərsiniz. Evdar.az yerkökülü oladinin reseptini təqdim edir.

Tərkibi:

  • 4 xörək qaşığı xama
  • 2 xörək qaşığı doğranmış keşniş
  • 0,5 çay qaşığı qabartma tozu
  • 4-5 xörək qaşığı un
  • 1 çay qaşığı üyüdülmüş cirə və ya keşniş toxumu
  • duz, istiot zövqə görə
  • 150 qr yerkökü
  • 50 qr pendir
  • qızartmaq üçün bitki yağı

Hazırlanma qaydası:

İlk öncə bir qabda un, duz və qabartma tozunu qarışdırın. Yerkökünü sürtgəcin iri gözündən keçirin. Pendiri də sürtgəcdən keçirin. Başqa bir qabda xamanın üzərinə doğranmış keşniş və ədviyyatları əlavə edib qarışdırın. Bir qabda quru qarışığı, sürtgəcdən keçirilmiş pendir və yerkökünü, ədviyyatlı xamanı töküb yaxşıca qarışdırın. Hazır kütlədən oladilər hazırlayıb qızdırılmış yağda iki tərəfli bişirin. Bu qaydayla xəmir bitənə qədər oladiləri bişirin. Yerkökülü oladiləri süfrəyə kahı salatıyla və xamayla birlikdə verə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir